Fizuli İH başçısına ağır ittihamlar…. Video

19/01/20 11:58

Azərbaycan Respublikasının Prezidenti cənab

İlham Əliyevə,

Sürəti;        Azərbaycan Respublikası Qaçqınların və

Məcburi Koçkünlərin işləri üzrə dövlət komitəsinin

sədri cənab Rövşən Rzayeva Cənablarına, Fizuli

rayonundan məcburi köçkün Qəmbərov Oruc

Rasim oğlu tərəfindən

MÜRACİƏT

Möhtərəm Cənab Prezident!

Bizim ailə Fizuli rayonundan məcburi köçkündür. Bakı şəhərində məskunlaşıblar. Mənim 36 yaşım var. Ailəliyəm,3 övlad atasıyam. Lakin hələdə ata və anamın himayəsində yaşayıram. Baxmayaraq ki, özümün Fizuli rayonu ərazisində yerləşən “Haramı düzü” adlanan yerdə 13 hektar torpağım və o torpaqda yerləşən 27 metr uzunluğunda tövləm var. Təsərrüfatla məşğul olmaq və ailəmizin yükünü azaltmaq istəyirəm. Ancaq yaşamağa yerimiz yoxdur. Hər bir kəsin işlə məşğul olması dövlətimizin və onun rəhbərinin ali strateji vəzifəsi olduğu halda mən də fəaliyyətimi məhz bu istiqamətdə qurmaq istəyirəm. Rayon İcra Hakimiyyəti başçısı Alı Alıyeva dəfələrlə müraciət etsəmdə heç bir nəticə yoxdur. Bu evlər qaçqınlar üçündürsə və mən də qaçqınamsa niyə mənə ev verilmir? Qaçqınkomda olmuşuq, bizə ev düşdüyünü desələrdə, dəfələrlə ev növbəsinə adımızı yazsalarda Alı Alıyev bizə bu haqqı tanımır? Deyir ki siz Fizuli şəhərindən, rayonun özündənsiniz. Bəyəm Fizuli rayonunun özündən qaçqın düşən qaçqın sayılmır? Amma bu bölgü hardan çıxıb bildirən yoxdur. Necə olur ki, rayonun özündən olanlar, yüzlərlə qaçqın evi ala bilib mən yox..

Sizdən xahiş edirəm ki, mənim ailəmlə birlikdə təsərrüfatıma yaxın Fizuli rayonu ərazisində dövlətimiz tərəfindən qaçqınlar üçün salınmış evlərdən birində yerləşməyimə kömək etmənizi xahiş edirik.

https://www.facebook.com/qelender.muxtarli/videos/2704840666263697/

Öncədən təşəkkür edirəm:

Qəmbərov Oruc Rasim oğlu /                    /

18.01.2020-ci il

Tel; +994(50) 347 28 12

Transqafqaz.com

Toğrul Lətifzadə