ABŞ Dövlət Departamenti Rusiyanı koronavirus dezinformasiya kampaniyasında ittiham edib. Xarici İşlər Nazirliyi bunu qəbuledilməz hal adlandırıb.
Facebook, twitter və instagramla əlaqəli rus hesabları koronavirus haqqında yanlış məlumat yaymağa başlayıb. Bu barədə Dövlət katibinin Avropa və Avrasiya üzrə müavini Filip Riker verdiyi müsahibədə bildirib.
Onun sözlərinə görə, hesablarda koronavirusun CIA tərəfindən Çinlə iqtisadi müharibə üçün yaratdığı bioloji silah olduğu barədə saxta məlumatlar yayılıb. Bundan əlavə, Amerikalılar, o cümlədən Microsoftun qurucusu Bill Geyts, virusların yayılmasında hesab paylaşmaqda ittiham olunurlar.
“Rusiyanın planları cəmiyyətdə nifaq səpmək və Amerika qurumlarına inamı sarsıtmaqdır” deyə Riker bildirib.
Transqafqaz.com
Toğrul Lətifoğlu