Bu gün Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana gələcək.

25/02/20 8:51

“Report” Türkiyə prezidentinin İctimaiyyətlə əlaqələr şöbəsinə istinadən xəbər verir ki, R.T.Ərdoğan Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının 8-ci iclasında iştirak etmək üçün Bakıya səfər edəcək.

İclasda ikitərəfli əlaqələrin bütün cəhətləri, əməkdaşlığın daha da inkişafı müzakirə olunacaq, bununla yanaşı, region və beynəlxalq məsələlərə dair fikir mübadiləsi aparılacaq.

İclasda iki ölkə arasındakı əlaqələrə mühüm töhfə verəcək bəzi saziş və razılaşma sənədlərinin də imzalanacağı bildirilir.

Transqafqaz.com

Toğrul Lətifoğlu