Əli Mustafa. “Yeni dünya düzəni bu qovğanın sonucundan doğacaq”

10/04/20 12:45

Dostlar,
Üçüncü Dünya savaşı-TİRANLARIN savaşıdır!
Mümkündür ki, QİYAMƏT bizim klassik anlamda başa düşdüyümüz kimi, hamı üçün bir anda gəlməsin! Hər kəsin bir özəl tarixçəsi və həyatı oldugu kimi bir də özəl qiyaməti olsun! AMMA “Siz hamınız qiyamətdə hüzuruma toplanacaqsınız”, hökmünü də unutmayacağıq!!!

Rəvayətdə deyilir ki, Nuhun tufanında məhv edilən qövmün ah-naləsi ərşə qalxdı və… ALLAHI narahat etdi. UCA YARADAN bir daha hamını belə öldürməyəcəyinə and içdi və hər kəsin sonunu öz əcəlinə bağladı!

Tiranların savaşı günümüzə təsadüf edir və bəşər övladı bu savaşa şahidlik etməsin deyə canlıların ən kiçiyindən-gözə görünməyən mikrovarlıq olan viruslardan insanlarla olub-bitənlər arasında bir tüstü pərdəsi yaradıldı. Görünən o ki, onlara boyun əyməyən tək-tük ölkə xaric əksər dünya dövlətləri sıravi vətəndaşları nəgənglərin çarpışmasından kənar və xəbərsiz tutsunlar deyə, karantin elan edərək dünyanı boşaltmışlar!

Yeni dünya düzəni bu qovğanın sonucundan doğacaq! Amma, o da yəqindir ki, hər şeyin hökmü ALLAHA bağlı! UCA YARADAN bəndəsinə hər zaman “sənə şəfqətli və yaxınam” deyir! Yetər ki, ONDAN istə, ONA dua et! UCA RƏBBİMİZİN “Siz nə qədər MƏNİMLƏSİNİZSƏ, MƏN də bir o qədər sizinləyəm”, deyimi bəndəsinin səmimiyyətinə, niyyət və əməlinə verdiyi önəmin bəyanıdır!

Qeybin sirrini tək ALLAH bildiyi üçün xeyir və şərin də harda olduğunu, kimin qalib gəlməsinin insanlıga fayda saxlayacağını demək çətin! Amma ALLAHIN varlığından danışıb yoxmuş kimi davranan kar və korlardan fərqli olaraq öncə ALLAHA sığınmağın və bəşər əhli üçün xeyirli olanların olmasını ONDAN təvəqqə etmənin ən doğru tərcih olması qənaətindəyəm! Amma sonrası da var…

CƏNAB ALLAH sevərək yaratdığı insana layiq omadığını yaşatmaz! “Bir qövm öz tövrünü dəyişmədikcə, ALLAH onun tövrünü dəyişməz”, deyə edilən xəbərdarlıq başımıza gələnlərin oz mahiyyət və əxlaqımızdan, əməl və canatmalarımızdan qaynaqlandığını anons edir! ALLAHIN yaratdığı bir xalq olaraq anlamalıyıq ki, ozümüzə çəki-düzən verməyin, yanlışlardan silkinib, günahlardan təmizlənməyin, ədalətsizlikdən, haqsızlığı görüb də susmaqdan və zalıma boyun əyməkdən imtinanın vaxtı çoxdan çatıb! Tövbə qapısından keçib doğru yola yönəlsək, haqqa talib olub ədalətin davasını aparsaq, bir sözlə ALLAHIN ipindən yapışsaq, çəkilən sitəmlərin sonu gələcək, üzərimizə ALLAHIN işığı doğacaq! Yetər ki, başlayaq! Dövlətimizin və millətimizin, özümüzün və övladlarımızın xeyirli bu günü və gələcəyi imanımıza, niyyət və əməllərimizə bağlı!!!