Rokfellerlərin 10 il əvvəl hazırladıqları hesabatda koronavirus ən incəliyinə qədər təsvir edilib..

12/04/20 12:39

Məlum oldu ki, Rokfellerlərin 10 il əvvəl hazırladıqları hesabatda koronavirus ən incəliyinə qədər təsvir edilib.
Dünyanın ən varlı yəhudi ailəsi olan Rokfeller ailəsinə aid olan Rokfeller Vəqfi, koronavirus və onun insana təsirlərini açıqlayıb.
Koronavirusun texnobioloji bir hücum olması iddiaları yer alıb.
Məlum olubki, dünya iqtisadiyyatı və siyasətinə istiqamət verən bir çox sui-qəsd nəzəriyyəsinin mərkəzində olan Rokfeller ailəsi və Rokfeller Vəqfi bu günkü koronavirus epidemiyasının təsvirni də verə bilib.
Gələcək dünyanı proqnozlaşdırılması sayəsində mütəxəsis olan alim Peter Schwartz tərəfindən təsis edilən, Rokfeller Vəqfi ilə əlaqəli “Qlobal Biznes Şəbəkəsi” (GBN) tərəfindən nəşr olunan “Texnologiyanın gələcəyi və beynəlxalq inkişafın ssenariləri” adlı hesabat oxucular heyrətə gətirir.
2010-cu ilin mayında hazırlanan hesabatda 2030-cu ilə qədər baş verəcək proseslər yer alır və bunlardan biri bu gün koronavirusu ağla gətirən bir epidemiyadan bəhs edirir.
Məlum olur ki, Rokfeller 10 il əvvəl verdiyi hesabatda inkişaf etmiş ölkələrin iqtisadi,-siyasi və sosial həyatları bu epidemiya zamanı alt-üst ediləcəkdir.
Sürətlə yayılan virus, hətta bütün sahələrdə ən hazırllıqlı sayılan ölkələri belə alt üst edəcəkdir.
Hökumətlər, dünya liderləri, vətəndaşlarını viruslardan qorumaq üçün ‘fövqəladə tədbirlər’ adı altında ‘Qlobal pandemiyadan istifadə edib səlahiyyətlərini artıracaqlar.
“Üz maskalarının məcburi istifadəsindən tutmuş, qatar stansiyaları və supermarket kimi sosial ərazilərin girişində bədən istiliyinə nəzarətdə ciddi qaydalar və məhdudiyyətlər tətbiq edəcəklər” Hətta bu məsələlər  hesabatda yer alıb.
Ölkələrin virusla necə rəftar edəcəyi bölməsində Çinin əvvəlcə virusdan yaxa qurtara biləcəyi proqnozlaşdırılsada, “Epidemiya dünyanı bürüyəcək.
Hesabatda o da qeyd edilir ki, Qlobal epidemiya təkcə “insanları öldürməyəcək həmdə ölkələrin  iqtisadiyyatlarına ölümcül təsir göstərəcəkdir”.
Həm insanların, həm də malların beynəlxalq hərəkətliliyi dayandırılacaq.
İqtisadi sektor və dövlət strukturlarında böyük dəyişikliklərin olacağı yazılan hesabatda o da deyilir ki dünya yeni düzənə, kiber idarəçiliyə və ciddi dəyişikliyə qədəm qoyacaqdı. “Qlobal ərzaq  resurslaerı qıtlığı yaranacaqdır.

Transqafqaz.com

Toğrul Lətifzadə salam