Bu il 27 apreldə bolşevik Rusiyasının Azərbaycanı işğal etməsinin 100 illiyini, fəlakət tariximizi qeyd edirik. Bu 100 ildə Azərbaycan türkləri Rusiyaya qarşı 1000 yaxın üsyan etmişdir. Bu yüz il 1920 də yağmalama bə soyğunçuluq, 1920 -1933 qədər kollektivləşmə, sinifsizləşmə dönəmi olan hərbi kommunizm, 1933-53 də dövlət terrorizmi, 1937-38 də böyük təmizlik siyasəti dövrlərini yaşayaraq böyük milli itkilər vermiş, 400 minə yaxın türk aydın və aristokratiyasını Ruslar güllələmiş, qətl etmişdir.
1941-47 ci illərdə II dünya müharibəsində Azərbaycandan 700.000 soydaşımız Rus imperiyası uğrunda savaşa cəlb edilmiş, 300.000 şəhid vermişdir.
1920 -1982 ci ilə qədər Azərbaycan torpaqları hesabına Ermənistan və Gürcüstan yaradılmışdır. 114. 000 kv . Km olan Azərbaycan torpaqları 86.7 000 kv.km olmuşdur.Ermənistanda 1918-1930 cu illərə qədər yerli türklərə qarşı qarşı soyqırım həyata küçirilmişdir, Türklərin 50 faizi məhv edilmişdir. 1948-53, 1980-88 də Türklər Ermənistandan sürgün edilmişdir, bu gün Gürcüstanda türklərin durumu da çox kritikdir. 1990 da 20 yanvarda Rus imperiyası 1000 lə soydaşımızı qətl etmişdir. 1990 -1994 də Rusiya öndərliyində ermənilər 20 faiz torpaqlarımızı işğal etmişdir, Rusoyanın 366 cı alayı 1992 də Xocalı soyqırımı həyata keçirmişdir . Qarabağın azadlığı müharibəsi nəricəsində minllərlə şəhidlərimiz, əlillərimiz , qurbanlarımız, 2 milyon qaçqınımız var. Əlimizdə cəmi 68. 000 kv. Km torpağımız qalmışdır.
Dəyərli dostlar, Azərbaycanda Rus dili, rus mədəniyyəti , rus təsiri, rusyanlı siyasi elita, rusbaşlı alimlər, müəllimlər, siyasətçilər, jurnalistlər, partiyalar olmamalıdır. Rusiyanın 5 ci kalonuna qarşı mübarizə aparıb, onları ölkəmizdən yox etməliyik. Azərbaycan Rusiyanın nə müstəmləkəsi, nə periferiyası olmayacaqdır. Azərbaycan keçmiş SSRİ nin yeni layihələri olam KTMT , Avroasiya bloklarına qoşulmayacaqdır. Rusiya işğalçıdır, Rus imperiyası qan üzərində qurulmuşdur, Rusiyaya bağlı tariximiz fəlakət tariximizdir, yox olmaq tariximizdir.
Dəyərli dostlar 1828 -1990-1993 cü illərə qədərki Rusiyaya bağlı tariximiz müstəmləkəçilik, sömürgəçilik, işğalçılıq, soyqırım, milli fəlakət tariximizdir. Bu fəlakətləri bir daha yaşamamaq üçün Rusiyaya yox deyirəm.
Sayın Nəsin Nəsibli ilə birlikdə Rusiyanın millətimizə yaşaydığı soyqırım və fəlakətləri danışmışıq.