Tarixi Azərbaycan torpaqlarını işğal edərək dövlət quran oyuncaq Ermənistan rejiminin və Rusiya Federasiyasının silahlı qüvvələrinin torpaqlarımıza təcavüzü nəticəsində ölkəmizin Dağlıq Qarabağ və ətraf rayonları işğal edilmişdir. Azərbaycan Respublikasının yurikdiksiyasında olan bu ərazimizdə qondarma dövlət quran ermənilər 14 aprel 2020-ci il tarixində keçirdikləri oyuncaq “seçki”yə yeni bir “şölən” də qatmaq istəmişlər.
21 may 2020-ci il tarixində işğal altında olan Şuşamızda qondarma respublikaya prezident seçilmış Araik Arutyunyanın andiçmə mərasimi olacaqdır. Təəssüf ki nə qüvvədə olan Azərbaycan Respublikası Konsitutsiyasının 8 maddəsinin ııı hissəsini : Azərbaycan Respublikasının ərazi bütövlüyünə təminat verənlər, nə Azərbaycan Respublikası Konsitutsiyasının 9 maddəsinin ı hissəsinin : Azərbaycan Respublikası öz təhlükəsizliyini və müdafiəsini təmin etmək məqsədi ilə Silahlı Qüvvələr yaradıb təhlükəsizliyini təmin edə bilməli ola strukturlar, nə də, Azərbaycan Raspublikası konsitutsiyasının 11 maddəsinin ı və ııı maddələrinin “Azərbaycan Respublikasının ərazisi vahiddir, toxunulmazdır və bölünməzdir” prinsiplərini həyata keçirməlməsinə təminat verməkdə səlahiyyəti olanlar “bəyanat ” naziirliyinin qeyri-müəyyən açıqlamasından başqa bir iş görmürlər.
Azərbaycan torpaqları hesabına “Böyük Ermənistan” yaratmaq xülyasında olan erməni millətçiləri rus havadarları ilə birlikdə son 30 ildə 185 Azərbaycan kəndindən 230000 çox həmvətənlərimiz qovulub, 31000 yaşayış evi qarət edilib, dağıdılıb, 225 nəfər öldürülüb, 1154 yaralanıb. Xalqımızın yüzlərlə qəhrəman övladları işgəncələrə məruz qalmış, gözləri
çıxarmışdır.
Ermənilərin müharibənin faşist metodları ilə aparılması nəticəsində Azərbaycanın 12 rayonu(təqribən 20%), 700 yaşayış məntəqəsi işğal olunmuşdur, 24 min azərbaycanlı qətlə yetirilib, 4 minə qədər dinc əhali əsir düşmüşdür. Əsir aparılanlardan əksəriyyəti uşaq, qadın və qocalardan ibarətdir. İtkin düşmüşlərin sayı 4965 nəfərə çatır. Onlardan 320 qadın, 69 isə uşaqdır. 783 nəfər əsir düşmüş insandan 43 qadın, 18 nəfəri isə uşaqdır.
Erməni əsirliyindən qurtarılan 1325 nəfərdən 312 qadın, 125 isə uşaqdır. 1994 ildən indiyədək Ermənistan ərazisində əsirlər üçün 6 düşərgə mövcuddur.
Vardenis uşaq düşərgəsi (250 nəfər)
Razdfan uşaq düşərgəsi (180 nəfər)
Xankəndi uşaq düşərgəsi (180 nəfər)
Geçaşen qadın düşərgəsi (320 nəfər)
Cermuk qadın düşərgəsi (250 nəfər)
Kəlbəcər qadın düşərgəsi (150 nəfər)
Bu faktları bir daha xatırlatmaqla Azərbaycan Milliyyətçi Demokrat Partiyası Azərbaycan ərazisində terror yuvası salmış erməni quldur dəstələrinin oyunlarına son qoyulmasını, ölkənin ərazi bütövlüyünün təmin olunmasını qətiyyətlə tələb edir və bu istiqamətdə dövlətin atacağı istənilən addımı müdafiə etməyə hazır olduğunu bildirir.
Azərbaycan Milliyyətçi Demokrat Partiyasının mətbuat xidməti
20.05.2020-ci il