Erdoğan Azərbaycanın XİN başçısını və müdafiə nazirini qəbul edib…

11/08/20 11:48

Avqustun 11-də Türkiyə prezidenti Recep Tayyip Erdoğan Ankarada səfərdə olan Azərbaycanın xarici işlər və müdafiə nazirləri – Ceyhun Bayramov və Zakir Həsənovu qəbul edib.

“Anadolu” Agentliyinin məlumatına görə, söhbət 45 dəqiqə davam edib, amma görüşün məzmunu açıqlanmır. Ermənistan-Azərbaycan sərhədində gərginlik fonunda iki ölkə arasında hərbi əməkdaşlıq məsələlərinin, habelə Türkiyənin Azərbaycana hərbi-texniki və hərbi dəstəyinin təmin edilməsi üzrə addımların həyata keçirilməsi məsələsinin müzakirə mövzusu olması şübhə doğurmur.

Transqafqaz.com

Toğrul Lətifoğlu