15 sentyabr vətən tariximizin ən mühüm tarixi hadisələrindən biridir…fotolar, video

15/09/20 8:12

15 sentyabr dövlətçilik tariximizə, xalqımızın həyatına şanlı bir bir səhifə kimi yazılıb. Bu tarixdən 102 il keçməsinə baxmayaraq o dövrdə mövcud olan vəziyyət bu gün də istər geosiyasi anlamda, istərsə də  insanı heyrətləndirəcək qədər hadisələrin oxşarlıqları baxımından nəticə çıxarılmalı bir tarixi hadisədir. 102 il bundan öncə Nuru Paşa komutanlığında qardaş Türkiyə ordusu, Azərbaycan ordu birləşmələri ilə birlikdə millətimizi faktiki olaraq məhv edilməkdən, vətənimizi isə “başsız bədən” olmaqdan qurtardılar. Rusiya erməniləri öndə göstərib əslində millətimizi məhv etmək, bu ərazilərdən qovub çıxarmaq və Cənubi Qafqazın tam sahibinə çevrilmək istəyirdi. Bu qırğınlar təkcə Şimali Azərbaycanda getmirdi, Cənubi Azərbaycanda da davam etdirilirdi.

Beləliklə Nuru paşa Mosuldan 1918-ci il aprel ayının 8-də yola düşdü. Səfər zamanı ərzaq çətinlikləri olduğu üçün o, bütün dəstəni 20-30 nəfərlik qruplara böldü və bu qruplar bir birinin ardınca hərəkətə başladı. Nuru paşanın Mosuldan hərəkətə başlaması ərəfəsində, yəni 1918-ci il aprel ayının 5-də Ənvər paşa Qafqaz İslam Ordusunun təşkili və vəzifələrinə aid Təlimatnaməni təsdiq etdi.

Nuru paşanın zabit heyəti çətin yol şəraiti ilə irəliləyərək Rəvandüzdən keçib aprelin 26-da Pesvaya, aprelin 29-da Savucbulağa və may ayının 9-da Təbrizə çatdı. Heyət bir neçə gün Təbrizdə ləngiməli oldu. Bu da Rumiyə (Urmiyə) gölü ətrafında gedən döyüşlərlə və Təbriizn özündə mövcud olan ictimai-siyasi şəraitlə bağlı idi. Rumiyə gölü ətrafında türk qoşunlar ilə erməni silahlı dəstələri üz-üzə gəlmişdilər. Yerli əhali erməniləri müdafiə edən ingilislərin və fransalıların mühasirəsindən qorxaraq Təbrizə axışırdı. Cəbrayıl Ağdam-Tərtər (Bərdə) yolu ilə Yevlax stansiyasına gəldik. Hər tərəfdən gələn nümayəndələrlə görüşdük. Əvvəlcə qərargahımızı Nuxada təsis etməyi məqsədəuyğun gördüm. Lakin ermənilərin təhdidlərinə qarşı mübarizə aparmağa müvafik və dəmiryoluna malik Gəncəyə üstünlük verərək, həmin gün axşam yola çıxdıq və 1918-ci il mayın 25-də şəhərə gəlib çatdıq.

15 -sentyabr 1918-ci ildə Bakının azad edilməsi ilə əslində dövlətimizin varlığının əsasları təmin edilmiş oldu. Bu gün Türk dövlətinin və ordusunun Tovuz hadisələri zamanı atdığı qətiyyətli addımlar da eyni tarixi hadisəinin təkrarını ortaya qoymaqla Azərbaycan dövlətinin daima var olacağını dünyaya qətiyyətlə bildirdi.

Sıralarından yüzlərlə şəhid vermiş, üzvülərinin əksəriyyəti Qarabağ savaşının Qazi və Veteranları olan Azərbaycan Milliyyətçi Demokrat (Boz Qurd) Partiyası bu gün vətən tariximizin çox şərəfli hadisəsi olan 15 sentyabr Bakının azad olmasını böyük çoşğu ilə qeyd etdi və Partiyanın mərhum Başqanı, Qarabağ savaşının əfsanəvi ismi General İsgəndər Həmidovun məzarını ziyarət etdi. 

TANRI TÜRKÜ QORUSUN

Qələndər Muxtarlı