Bildiyim qədər Fridirx Engelsin sözüdür. İngiltərədə (Mançester əyaləti üzrə fəhlə sinifinin vəziyyətinə həsr etmişdi) kapitalizmin inkişafına dair əsərində yazırdıki, “Bir nəfər digərini öldürəndə biz ona adam öldürmə deyib öldürəni həbs edirik. Hətta araşdırıb biləndəki o bu əməli qəsdən edilibdir, öldürənə daha ağır cəza veririk. Lakin birinin fəaliyyəti və ya fəaliyyətsizliyi ucbatında yüzlərlə,minlərlə insanlar ölür, amma biz bir addım atmırıq. Baxmayaraq ki bu ölüm də qəsdən adamöldürmə kimi eyni əməldir. Lakin bu daha təhlükəlidir,daha amansızdır.Çünki cinayətkar həm var həm də yoxdur. ” Bizim Səhiyyəmiz kimi….
Bu yazını yazmaq mənə çox ağırdı. Ölkəmiz ağır bir savaşdan tam da olmasa qalib ovqatında çıxıb. Qarşıdan da yeni il gəlir. Belə baxanda heç yeri də deyil. Əslində yeni il qarşılamaq qədər həvəsdə olmasaqda gələcəyə ümidimizi ifadə etmək üçün özümüzü diri tuturuq. Amma fərqində deyilik ki, biz Covid adlı gözəgörünməz ölümlə üzbəüzük .Ən pisi də odur ki bu məsələdə müdafiəsizik.Cəmiyyət həyatının mühüm məsələlərinin həllində məsul olan dövlətimiz, onun səhiyyəsi bizi qorumur. Səhiyyəmiz dar məqamımızda bizə əlçatan deyil.
Qlobal Pandemiya təhlükəsindən Azərbaycan Səhiyyəsi bizi qoruya bilirmi?
Mən Pandemiya dövründə nə qədər özümü və ailəmi qorumağa çalışsamda qoruna bilmədik, yoldaşım da mən də Covidə yoluxduq. Yoldaşım bir neçə gün özünü pis hiss etsədə yüngül ötüşə bildi. Məndə qızdırma 38+, 39 dərcəyə qədər çatırdı.Titrətmə, əzələ ağrıları və nəhayət boğulma vəziyyəti həyatımı ölümlə üzbəüz hala gətirmişdi. Yoldaşım təcili yardıma zəng etdi. Dedi ki bəs belə əlamətləri var. Təcili yardımdan dedilər ki, Sahə həkiminə zəng edin gəlib yaxma götürsünlər sonra zəng edin bizə. Bu cür zənglərə getmirik biz. Bunların dediyinə uyub bir gün dəölümlə əlləşib-vuruşub güc-bəla ilə sahə həkiminə düşdük. Adam dedi sizə həkim göndərəcəm gəlib yaxma götürəcəklər. Artıq mənim vəziyyətim dözülməz halda idi. Sahə həkimi bir neçə tövsiyyəsin də verdi ki suyunu bol elə və bir resept yazdıki bunları edin düzələcək. Mən göndəriş yazacam apararsız Kate-yə. Biz başqa yol seçib Kate-yə özümüz getdik və bir saata nəticəsi verilə bilən kate-nin cavabını gün ərzində axşam saat 9 -da aldıq ki artıq 25-30% “Buzlu şüşə” effekti adlanan haldayam.Evə gəlib öz xəttimizlə müalicəyə başladıq. İki gün sonra adının məzahir olduğunu öyrəndiyimiz Sahə həkimi zəng vurdu ki xəstənin vəziyyəti nə yerdədi?
Dəhşət idi. Hansı xəstədən söhbət gedir?
Sahə həkimi SƏN; 1) Yaxma almamısan. 2) Kateyə göndəriş verməmisən.3). Digər ailə üzvülərim yoxlanmayıb və nəzarətə götürülməyib. Sən gördüyün tək iş məni yola verməklə halımı ağırlaşdırmağın olub. Həkim kimi Pandemiya dövründə üzərinə düşəni etməyərək məni və ailəmi təhlükəyə atmısan. Azərbaycan Səhiyyəsinin yerli nümayəndəsinin fəaliyyəti bundan artıq olmayıb.
İndi sual edirəm dostlar! Necə olur ki, vətəndaşa qarantin qaydalarını pozmağa görə incəliyinə qədər cəza tətbiq edilməsi tez həllini tapır. Amma vətəndaş Covidə yoluxmağını müəyyən edən sadə əlçatan bir mexaniz yaradılmır.?
Mən necə sağaldım.
Mənim Övladım həkimdir. Türkiyənin mötəbər xəstəxanalarından birində işləyir. Bakıya gələndə ehtiyatlı tərpənib Coviddən müalicə üçün əsas hesab edilən dərmanları gətirmişdi. Vəziyyəti danışan kimi qəti olaraq Kate-yə göndərib nəticələrə baxıb Azərbaycanımızın çox gözəl həkimlərindən olan qohumumuz Rəfael həkimlə birlikdə müalicəyə, tədavimə başladılar. Hər şəraiti yaradıb məni ölümün cəngindən xilas etdilər. Çox da tez və effektli nəticələri oldu.
Təcili yardıma nə demək lazım imiş?
Dostum Əvəz Zenalıının Xural tv-də çıxışını dinlədikdən və xüsusən bir neçə qohum həkimlərin tövsiyəsindən sonra başa düşdüm ki təcili yardımla doğru üslubda danışılmayıb.
Ən azından belə demək lazım imiş.
Xəstənin vəziyyəti kritikdir. Tempratur 39-dur. Boğulur.Ölüm ayağındadır və.s Evdən elə də dedilər.
Təcili yardım həqiqətən də gəldi. Kate-nin nəticələrinə əsasən yazdılar ki Coviddir. Müalicə olunduğum dərmanlara evdə şəraitə baxıb sağ olsunlar dedilər ki elə evdə davam edin. Düzü onlara dərin təşəkkürümü bildirirəm. Çox səmim idilər. Amma, təcili yardımla işimiz yox.
Əsas məsələ ooldu ki,təcili yardım evdə yanımda olanda axşam saat 10-11- radələri idi. Sahə həkimi zəng etdi ki vəziyyət necədir və bir də söz verdi ki sabah Balaxanıda mərkəz var ordan gəlib yaxma götürəcəklər. Bilirsiz dəhşət bu idi ki, sahə həkimi ilə bu danışıq artıq 5-ci gündür ki davam edirdi. Adam hələ də gəlib bizə çıxmayıb xəstəyə müayinə üçün heç bir addım atmayıb. Ailə nəzarətə götürülməyib. Bu onun 3 cü dəfəsi və 5 -günü idi ki soruşurdu ki “Xəstə necədi”?
Sanki öyrənmək istəyirdi ki “əcaba hələ sağdı”? Və biz Təcili yardıma bu vəziyyətə necə düşdüyümüzü əyani olaraq başa sala bildik. İndi Mən demək olar ki sağalmışam. Amma Azərbaycan Səhiyyəsi mənə hələdə əlçatan olmayıb. Məzahir adlı sahə həkimi isə hələ də kişi kimi nə özü gəlib nə də Balaxanı qərargahından bir kimsəni göndərməyib. Heç mənə dəqiq məlumda deyil ki Balaxanıda “Qərargah”var ya yox? Lap Səhiyyəmiz kimi. Mənim xəstəliyimin 11 günüdür. Sonda ölkəmizdə Qanunlara nəzarəti həyata keçirən Baş Prokurorluğa müraciət edirəm.
Hörmətli Cənab Baş Prokuror!
Bildiyim qədər Fridirx Engelsin sözüdür. İngiltərədə (Mançest əyaləti üzrə fəhlə sinifinin vəziyyətinə həsr etmişdi) kapitalizmin inkişafına dair əsərində yazırdıki, “Bir nəfər digərini öldürəndə biz ona adam öldürmə deyib öldürəni həbs edirik. Hətta araşdırıb biləndəki o bu əməli qəsdən edilibdir, öldürənə daha ağır cəza veririk. Lakin birinin fəaliyyəti və ya fəaliyyətsizliyi ucbatında yüzlərlə,minlərlə insanlar ölür, amma biz bir addım atmırıq. Baxmayaraq ki bu ölüm də qəsdən adamöldürmə kimi eyni əməldir. Lakin bu daha təhlükəlidir,daha amansızdır.Çünki cinayətkar həm var həm də yoxdur. ” Bizim Səhiyyəmiz kimi….
Qələndər Muxtarlı