Taliban “həll” tərəfdarı olduqlarını söyləyir. Buna inanmaq olarmı?

27/07/21 7:57

Silahlı qrup “siyasi həll” istədiyini söyləyir, ancaq silahlıları hərbi kampaniyalarını davam etdirirlər.

Kabil, Əfqanıstan. Taliban rəhbərliyi Əfqan münaqişəsinə “siyasi həll” istədiyini təkrarladı, lakin qrupun sürətli hərbi uğurları, hakimiyyəti hərbi yolla ələ keçirtmək istədikləri olduğunu söyləyən mütəxəssislər və yerli sakinlər təşviş içərisindədirlər.

Bu həftənin əvvəlində ABŞ-ın yüksək rütbəli bir generalı beynəlxalq qüvvələrin Əfqanıstandan tam çəkilməsindən bir ay əvvəl Əfqan müharibəsinin trayektoriyası və sonucları barədə sərt bir xəbərdarlıq etmişdi.

Baş Qərargah Rəisləri Komitəsinin sədri General Mark Milli, çərşənbə günü Talibanın “strateji sürət” aldığını söylədi. Hakimiyyətin Taliban tərəfindən tamamilə ələ keçirilməsini istisna etmədi.

Mətbuat konfransında Milli, qrupun ölkənin 34 əyalətinə nəzarət etdiyi “ətraflara təzyiq göstərdiyini” söylədi. Al Jazeera kanalına etibarlı mənbələr, Qəndəhar, Helmand, Herat, Taxar, Qəzni, Bədəxşan da daxil olmaqla bəzi ən böyük əyalətlərin Taliban tərəfindən təhlükəsizlik təhdidləri ilə qarşılaşdıqlarını söyləyərək Millinin qiymətləndirməsini təsdiqlədilər.

Həm fiziki, həm də əhali baxımından Qəndəhar, Helmand və Herat kimi vilayətlərin böyüklüyünü və əhəmiyyətini nəzərə alsaq, Taliban tərəfindən bu bölgələrdə hər hansı bir irəliləyiş edilməsi, uğur qazanılması taliban quldurları üçün bir üstünlük  kimi qiymətləndirilir.

Bu vilayətlərdə baş verən hərbi döyüşlər də mülki şəxslərin həyatı üçün əhəmiyyətli bir risk yaradır. Şəhər mərkəzlərinə və əsas ticarət mərkəzlərinə yaxınlaşan Taliban, hökuməti hərbi strategiyasına yenidən nəzərdən keçirməyə məcbur emək istəyir.

Medianın verdiyi xəbərə görə, hökumətin məqsədi strateji mərkəzləri, şəhər mərkəzlərini, sərhəd keçidlərini və kritik əhəmiyyəti olan infrastrukturu qorumaqdır.

Artıq qoşunlarının yüzdə 95-nii ölkədən çıxaran Vaşinqton, son günlərdə hökumət qüvvələrinə dəstək olaraq talibana qarşı hava hücumları təşkil etmişdir.

Qəndəhar şəhərində yerləşən bir təhsil vəkili Paştana Durrani, talibanın son həftələrdə “həm simvolizm həm də maliyyə baxımından çox dəyərli bir şəhər” olan Qəndəharı almaq niyyətində olduqlarını çox açıq şəkildə bildirdi.

Spin Boldak bölgəsinin alınmasından sonra Taliban daha bir “quru limana” və gömrük gəlirlərinə giriş əldə etdi. Adının açıqlanmaması şərti ilə danışan bir gömrük məmuru bildirib ki, Taliban keçiddən yük maşınlarının keçməsinə icazə verir, ancaq sürücülərdən 50.000-ə qədər əfqanı (628 dollar) alır.

Hər gün bu keçidlərdən yüzlərlə avtomobil keçir və taliban böyük miqdarda pul qazanır.

Durrani, “Spin Boldak tutursan, yaxşı pul qazanarsansan” dedi.

Taliban, şimaldan üç saatlıq məsafədə yerləşən Marufda da mövcuddur. Bu, Taliban qruplaşmasının Əfqanıstanın ikinci böyük şəhərindən iki istiqamətdə 100 km (62 mil) məsafədə olan ərazinin nəzarətdə saxlamasına imkan verir.

Durrani deyir ki, Taliban Qəndəharı və digər şəhərləri ələ keçirməkdə çox qərarlıdır: “Bu qorxutmaq taktikası deyil, reallıqdır. İnsanları öldürürlər”.

 

Vahidov Qurban. Araşdırmaçı – analitik