27 iyul saat 16: 00-da Ermənistan Silahlı Qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca və Zərkənd kəndləri ərazisində yerləşən mövqelərdən, Azərbaycan silahlı qüvvələrinin Kəlbəcər rayonunun Zəylik və Yuxarı Ayrım kəndləri ərazisində yerləşən bölmələrini snayper tüfənglərindən, avtomatlardan və pulemyotlardan atəşə tutmuşdur.
Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, qarşı tərəf cavab atəşi ilə susdurulub.
Azərbaycan ordusunun şəxsi heyəti arasında itki yoxdur.
Transqafqaz.com