Müdafiə Nazirliyi: Bakı saat 10: 00-dan etibarən Moskvanın atəşkəslə bağlı təşəbbüsünü qəbul edir, lakin İrəvan atəşə tutmağa davam edir

28/07/21 11:36

Ermənistan-Azərbaycan dövlət sərhədində Bakı vaxtı ilə saat 10:00-dan etibarən atəşkəsin elan olunması ilə bağlı Rusiya tərəfinin təşəbbüsü tərəfimizdən qəbul edilib.

Bu barədə  Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.

Buna baxmayaraq, Ermənistan tərəfi əlavə olaraq tank və 120 millimetrlik minaatanlardan istifadə etməklə vəziyyəti gərginləşdirməkdə və mövqelərimizi atəşə tutmaqda davam edir.

transqafqaz.com