Azərbaycan Xarici İşlər Nazirliyi Ermənistana müraciət etdi

28/07/21 11:57

Xarici İşlər Nazirliyinin bəyanatında deyilir ki, Azərbaycan ölkənin ərazi bütövlüyünə qarşı yönəlmiş hərəkətlərə qətiyyətlə reaksiya göstərəcək.

Xarici İşlər Nazirliyi vurğulayır ki, Ermənistan-Azərbaycan sərhədində növbəti təxribat törətməklə vəziyyəti gərginləşdirmək üçün məsuliyyət “tamamilə Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür”.

Nazirlik “Azərbaycan beynəlxalq sərhədləri daxilində ərazi bütövlüyünü qorumaq və ölkənin ərazi bütövlüyünə qarşı atılan addımlara qətiyyətlə cavab vermək hüququnu özündə saxlayır” dedi.

Nazirliyin müraciətində, Ermənistanı hərbi təxribatları dayandırmağa və Ermənistan-Azərbaycan dövlət sərhədinin delimitasiya prosesinə başlamağa çağırıb. “Biz Ermənistanı bölgədəki yeni reallıqları qəbul etməyə, hərbi təxribatları dayandırmağa və iki dövlət sərhədinin delimitasiyası ilə bağlı danışıqlara başlamağa çağırırıq” deyilir.

transqafqaz.com