Kremle imkan verilmir…

05/08/21 5:20

Moskva Qarabağ münaqişəsini tam nəzarətə götürməyə hazırlaşır. Bu prosses açıq-aydın sezilir. Amma Rusiyanın bu regionda qol-qanad açmasını əngəlləyən güclər də az deyil.

Bu barədə tanınmış gürcü ekspert, politoloq Gela Vasadze bildirib.

“Qısamüddətli perspektivdə bu regionda dəyişiklik az olacaq, rus hərbçiləri öz yerlərində qalacaq, məskunlaşmağa can atacaq, özlərini ev sahibi kimi aparacaq. Rus hərbçilərinin yerli hakimiyyət orqanları və əhali ilə münasibətlərinin alqoritmi daha maraqlı görünür. Rus dili statusu söhbətləri boş yerə olunmamaşdı”, – deyə gürcü ekspert qeyd edib.

Onun sözlərinə görə, bu regionun ciddi mübarizə meydanı olduğu unudulmamalıdır:

“Əlbəttə ki, Bakı və Ankara preventiv tədbirlər görməsələr, vəziyyət gərginləşə bilər. Bu prosseslərin həyata keçirilməsi üzrə kompleks tədbirlərə başlamaq cəhdlərini biz artıq müşahidə edirik”.

Transqafqaz.com