Bu barədə susmaq olmaz!

10/08/21 11:43

Amerika Birləşmiş Ştatlarının (ABŞ) Ermənistandakı səfiri Lin Treysinin öz məzuniyyətini ermənilərin “Sünik” adlandırdığı tarixi Azərbaycan ərazisi olan Qərbi Zəngəzurda keçirdiyi barədə məlumatlar yayılıb.

Səfirin hansı səbəbdən məzuniyyətini keçirmək üçün “Sünik”i seçdiyinə gəlincə, o, müsahibəsində qeyd edib ki, onu buranın gözəl təbiəti, aylı gecələri, “qonaqpərvər insanları” cəlb edib, ona görə də bir həftəlik məzuniyyətini orada keçirib. Həmçinin səfir Ermənistanın “zəngin tarixi və mədəniyyəti” haqqında da danışıb. Deyib ki, “Sünik” çox gözəl yerdi və başqalarına da bura gəlməyi tövsiyə edib.

ABŞ-ın Ermənistandakı səfiri, ABŞ höküməti, Avropa dövlətləri, Rusiya, Vatikanda bilirlər ki, ağızdolusu təriflədiyi “Sünik” Azərbaycanın tarixi Qərbi Zəngəzur torpağıdır?

Transqafqaz.com