Talibana Əfqanıstan Mərkəzi Bankının ABŞ-dakı aktivlərinə girişinə icazə verilməyəcək.
Bu barədə Fransanın AFP agentliyi məlumat yayıb.
AFP-a danışan ABŞ rəsmisi rəsmi Vaşinqtonun Taliban nümayəndələrinin Əfqanıstan Mərkəzi Bankının bu ölkədəki aktivlərinə girişinə icazə verilməyəcəyini bildirib.
“Əfqanıstan Mərkəzi Bankının ABŞ-dakı aktivləri Talibana təhvil verilməyəcək”, – ABŞ administrasiyasının rəsmisi bildirib.
Beynəlxalq Valyuta Fondunun (BVF) məlumatlarına görə, Əfqanıstan Mərkəzi Bankının ümumi ehtiyatları aprelin sonuna 9.4 milyard dollar təşkil edib. Bu ehtiyatların əhəmiyyətli hissəsi Əfqanıstanda deyil.
Transqafqaz.com