Ermənilər Qarabağda hücum cəbhəsini genişləndirir: Rus sülhməramlılarının müvəqqəti yerləşdirilməsi zonasında olan erməni separatçıları Şuşadan sonra Ağdam, Xocalı və Xocavənd istiqamətində təxribatlar törədilib.
Təxribat cəbhəsinin genişlənməsinin zamanı diqqət çəkir. Makron Putinlə telefon söhbətində Qarabağı müzakirə etdi. Kremlin rəsmi məlumatında qeyd olunurdu ki, “Putin Makronun xahişi ilə üçtərəfli razılaşmaların icrası haqqında məlumat verib”. O cümlədən, “Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasının müxtəlif aspektləri üzrə, ilk növbədə, ATƏT-in Minsk Qrupunda gələcək birgə işlə bağlı qarşılıqlı fikir mübadiləsi aparılıb”.
Moskva bununla Qarabağda rus sülhməramlılarının fəaliyyətindən narazı olan və erməni terrorçuların çıxarılması tələbində israr edən Bakıya mesaj verir: Fransa istədiyi üçün bu haqda danışır və Minsk qrupunun “dirilməsinə” qarşı əsas maneə, eləcə də Bakının maraqlarına uyğun yeganə həmsədr ölkə Rusiyadır və bunun əksinin olması da mümkündür;
Makron Putindən sonra Paşinyanla danışdı, ardınca Qarabağda erməni terrorçular təxribat cəbhəsini genişləndirdi, hücumlar Paris və İrəvanın “məsələni Minsk qrupu formatına yenidən qaytarmaq” planlarının tərkib hissəsi kimi görünür;
Lakin Qarabağdakı erməni silahlılarının üzərində Rusiyanın təsir imkanlarını nəzərə aldıqda, bunun Moskvanın oyunu olduğu ehtimalı da ön plana çıxır, ruslar Azərbaycanda maraqlarına təhlükə yaranacağı təqdirdə proseslərin inkişaf perspektivini göstərmək istəyirlər;
Buna görə də doğru seçimi etmək gerçəkdən Rusiyaya aiddir. Hansı ki, bir ildən az bir müddətdə Qarabağda böhranı dərinləşdirməyi bacardı: Rusiya “Sülhpozanları” “tikinti materialları”, “humanitar yardımlar” adı altında Ermənistana göndərdiyi silahlar və Şüşaya atdıqları “İskəndər-M” raketi Rusiyanın davranışlarında qəribəliklər yaradır və məhz Rusuyanın Sülh prosesinə ən böyük maneə olduğunu təsdiq edir.
Bütün bunlar Ermənistanın və Qarabağdakı erməni terrorçuların əlini gücləndirir və yeganə yol onların anladığı dildən danışmaqdır.
Sonda, Moskvanın Azərbaycan və Türkiyənin suveren ölkələr olduğunu başa düşməsinin vaxtı gəldi, onlarla ultimatumlar dilində danışmağa və onları təbliğatçılar zəncirindən çıxarmağa dəyməz. Hər iki ölkə regional əməkdaşlığı gücləndirmək niyyətində olduqlarını rəsmən bəyan etdilər və Duginin qürurla danışdığı hiyləgər “geosiyasi hesablamanın” qarşısını ala bilərlər, əgər özlərində ən kiçik bir təhlükə belə görsələr.
Transqafqaz.com