Doğumundan ölümünə hər şeyi yalan olan erməni marşalı — Xudyakov — Xanferyants

26/08/21 10:52

Xaqani Ədəboğlu

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Mətbuat Xidmətinin rəhbəri

 

 

 

 

 

Armenia today War.karabakhrecords.info-ya istinadən xəbər verir ki, Azərbaycan hərbçiləri Böyük Tağlar kəndində Sovet İttifaqının xain Hərbi Hava Qüvvələri marşalı Sergey Xudyakovun (Armenak Xanferyants) abidəsini dağıdıblar. Yazıda 130 min evi və minlərlə məktəb, maddi-mədəniyyət abidələrini dağıtmış ermənilər yazırlar ki, Azərbaycanlıların azad etdikləri Qarabağ ərazilərində mədəni soyqırım siyasətini davam etdirdikləri qeyd olunur. Beləliklə, bu mədəni vandal və xarabəlik xalqının övladları yazır ki, Azərbaycan hərbçiləri nəinki erməni kilsələrini, xaçkarlarını, separatistlərin və terrorçuların müharibədəki cinayətlərinə aid abidələri, erməni qəbiristanlıqlarını, həm də Böyük Vətən Müharibəsinə həsr olunmuş sovet abidələrini dağıdırlar. «Bu dəfə azərbaycanlı vandallar İkinci Dünya Müharibəsi erməni millətindən olan böyük sovet qəhrəmanlarından biri, Sovet İttifaqının aviasiya marşalı Sergey Xudyakovun (Armenak Xanferyants) xatirəsinə təcavüz ediblər», — deyə sayt yazır.

Qəzetin yazdığına görə, 2021-ci ilin iyul ayında çəkilmiş peyk görüntülərindən məlum olur ki, azərbaycanlılar Sovet İttifaqı Aviasiya Marşalının heykəlini yıxıblar, eyni zamanda evin qarşısında yerləşən MiQ-17-ni də yerlə yeksan ediblər. 2020-ci ilin 44 günlük müharibəsindən əvvəl və sonra çəkilən fotoşəkillərin müqayisəsinin marşalın və MiG-17-nin büstünün artıq dağıdıldığı vurğulanır.

Erməni qaragüruhu yazır ki, guya bu kənd, 9-10 Noyabr 2020-ci il tarixli, hərbi əməliyyatların dayandırılması haqqında Sazişin 4-cü bəndini pozaraq üçtərəfli bəyanatın imzalanmasından sonra azad edilib. Qeyd olunur ki, özünü hələ də hansısa planetin xarici işlər naziri hesab edən David Babayan da təsdiq edir ki, Sergey Xudyakovun Böyük Tağlar kəndində, Azıx kəndində, II Dünya Müharibəsinin digər iştirakçıları və komandirlərinin heykəlləri — admiral İvan İsakov və general -polkovnik Sergey Sərdarovun (Sovet Hava Hücumundan Müdafiə sisteminin qurucularından biri hesab olunur) abidələri cəhənnəmə yolçu ediliblər.

Bunca böhtanı yazmaq üçün yalnız erməni olmaq lazımdır. Təkcə Qarabağda erməni terrorçu vandalları 183 ədəd II Dünya Müharibəsinə həsr olunmuş abidəni darmadağın edib. Bu abidələrin Ağdamda ən böyüyünün xarabələri indi də qalmaqdadır. Cəbrayılda Sovet İttifaqı Qəhrəmanı Cəmil Əhmədovun abidə kompleksini yer üzündən silən vandal və xarabəlik millətinin fərdləri bilməlidir ki, Baqramyan və Xudyakov (Xanferyants) kimi qondarma quldurlara marşal paltarını faşizmindən də qorxunc olan Stalinin kommunist rejimi geydirə bilərdi. Hər iki marşal deyilən terrorçu olmasını və əlləri Azərbaycan və Anadolu türklərinin qanına batmasını özləri təsdiq ediblər. Qarabağda 200 illik erməni məzarı tapa bilməyən bu qaraçı tör-töküntüsü bilməlidir ki, köpəklik etdiyi Rusiyaya yolları açıqdı. Bu ölkə etdikləri erməni xəyanətini bir daha bağışlamaq limitini bitirib.

İndi sovet ordusunda qorxaqlıqları ilə tanınan erməni marşallarından biri haqqında məlumat verəcəyik.

1945-ci ildə Sovet desant birləşməsi sözdə Mancuriya dövlətinin ərazisinə endi. Bu unikal əməliyyata hava qüvvələri marşalı Sergey Xudyakov rəhbərlik edirdi. Mancuriyanın saxlanan qızıl ehtiyatlarını Moskvaya göndərdilər. Ancaq qızıl yüklü bu təyyarələrdən biri paytaxta gedib çatmayıb. Oğurluq ola erməni ola: «TI VOR, TI TRUS, TI ARMYANİN»…

Xanferyants necə Xudyakov oldu?

Əslində, sovet marşalının adı Armenak Artemoviç Xanferyants idi. 1902 -ci ildə Qarabağda Şuşa yaxınlığında Böyük Tağlar kəndində anadan olub. Armenakın atası erkən ölüb, buna görə də 15 yaşını çətinliklə qeyd edən gələcək hərbçi evini tərk edərək, Bakıya gəlib işə düzəlib.

«Qələbə» kitabının müəllifi Viktor Buslovskinin dediyinə görə, bu dövrdə taleyi Armenakı yeraltı inqilabçılar dairəsinin lideri İosif Cuqaşvili ilə bir araya gətirib. Bir müddət Xanferyants hətta «İskra» qəzetinin nəşrində iştirak edib. Ancaq bütün bunların heç biri öz təsdiqini tapmayıb.

1918 -ci ildə Armenak Qırmızı Qvardiya dəstəsinə qoşulur və əsil Sergey Xudyakovla tanış olur. Armenak Artyemoviçlə şəxsən tanış olan Leonid Dubrovinin «Пикировщики» kitabında yazdığı kimi, bir dəfə Qırmızı Qvardiyaçılar Bakıdan bir gəmi ilə evakuasiya edilməli olanda Xanferyants suya düşür. Üzməyi bilmirdi, amma yaxınlıqda olan komandir Xudyakov onu göyərtəyə çəkib çıxarır. Sonradan Xudyakov yaralandı və artıq ölməkdə olarkən Armenaka dedi: «İndi məni əvəz edərsən!» Xudyakov həmkarına nəinki əmr verdi, həm də pasport məlumatlarını verdi. Xudyakovun hərbi karyerası Xanferyantsın mənşəyini niyə gizlətməli olduğu bilinmir, ancaq Valeri Torçinov və Aleksey Leontyukun «Stalinin ətrafında» kitabında Mamulova çevrilən yüksək rütbəli bir çekist olan Mamulyanın sözlərini xatırladır. General «Yoldaş Stalinin erməni soyadlarını sevmədiyini» iddia etmişdi. Ona görə yəqin, Armenak Xanferyants həyatının çox hissəsini Sergey Xudyakov adlandırılmağa üstünlük verib. Amma bilindiyi kimi bu da bir yalandır. Stalinin daim burnunun dibində Anastas Mikoyan, ordusunda erməni kələyi ilə marşal olmuş Babacanyan və Baqramyan var idi. Ən yüksək adları və rütbələri bu yaramazlara elə Stalin vermişdi.

Sonrakı hərbi karyerasını, bu erməni fırıldaqçı, məhz bu ad və soyad altında qurdu. II Dünya Müharibəsinin əvvəlində polkovnik Xudyakov artıq Qərb Cəbhəsi Hərbi Hava Qüvvələrinin Baş Qərargah rəisi olaraq siyahıya alındı. Cəmi 4 sinif təhsili olan biri üçün bu karyeranın hazırlanmasına ciddi şübhələr meydana çıxır. 1942 -ci ildə Qərb Cəbhəsinin 1 -ci Hərbi Hava Qüvvələrinin komandiri təyin edildi. Xudyakovun müharibə dövründə tutduğu yüksək vəzifələrə baxmayaraq, uçmaq peşəsindən əl çəkmədi.

K. A. Arutyunyanın «Sovet Ordusunun İlk Erməni Marşalı» əsərində göstərildiyi kimi, 1941 -ci ilin oktyabrında Xudyakov Aviasiya General -mayoru rütbəsinə layiq görüldü və cəmi 3 ildən sonra Marşal oldu. Məşhur Yalta konfransına qatılması, hakimiyyətin Xanferyantsa necə dəyər verdiyindən dxəbər verir.

Həbsinin səbəbləri

Lakin Böyük Vətən Müharibəsindən sonra Khanferyantsa münasibət dəyişdi. Sonra Xudyakov-Xanferyants, Yaponiya ilə hərbi qarşıdurmada iştirak edən 12-ci Hərbi Hava Qüvvələrinin komandanı təyin edildi. Əməliyyatı hazırlayan Sergey Aleksandroviç idi, bu zaman Mukdenə bir desant Qrupu atıldı və İmperator I Pu tutuldu.

Üstəlik, göyərtəsində qızıl olan təyyarələrdən biri də izsiz itdi. Bəzi məlumatlara görə, bu hadisə 1945 -ci ilin dekabrında Khanferyantsın həbs edilməsinə səbəb olmuşdu.

Maraqlıdır ki, «1941 -ci il fəlakətinin başqa bir xronologiyası» kitabının müəllifi Mark Soloninin sözlərinə görə, Armenak Artemoviçin nəzarətə götürülməsi haqqında qərar yalnız bir neçə ay sonra verilmişdir. Xanferyantsın saxta mənşəyi də NKVD zabitlərinin əlinə keçmişdi. Başqa sübutlar əsasında casusluqda və xəyanətdə günahlandırılmışdı. 1950 -ci ilin aprelində Xudyakov güllələndi.

NKVD -nin araşdırmalarında əks olunmuş cəsusluq haqqında sənədlər çox güman ki, məhv edilib. Xudyakov- Xanferyants Bakıda Şaumyan adlı qatilin dəstələrində 31 mart soyqırımının törədilməsində yaxından iştirak edib. Ehtimala görə və sənədlərdən də görünür ki, Xanferyants Bakıda ingilis casusu kimi Qırmızı Orduya yeridilib. Mikoyanın 26-lar deyilən quldurların Ağcaqumda öldürülməsiylə bağlı raportunda komissarları bir erməni əsgərinin tanıyaraq satdığını yazıb. Arxiv məlumatlarından NKVD onun ingilislərlə birgə Bakıda patrulluq etdiyini üzə çıxarıb. Başqa maraqlı detal isə bu erməni fırıldaqçı marşalının uydurduğu Sergey Xudyakov adlı, nə əsgər, nə də zabit cənub cəbhəsində , nə Qırmızı orduda, nə də Ağ Qvardiyaçılar arasında olmayıb. Yalnız bir Nikolay Xudyakov olub. O da Çar ordusunu ataraq Qırmızı orduya qoşulub və 1938-ci ildə xalq düşməni kimi güllələnib.

Yəni onun bu saxta imza arxasında gizlənməsi, ya böyük bir cinayətdə iştirakını gizləmək üçün, ya da Bakıda ingilislər tərəfidən casus kimi göndərilməsi ilə bağlıdır. Nəvəsi də etiraf edir ki, babası heç zaman erməni qohumları ilə əlaqə saxlamayıb. Çünki onun sağlığında qardaşı, bacısı, anası və dayısı həyatda olub. Onun cəsədini tanınması üçün dayısı Moskvaya aparılıb. Digər tərəfdən anası gürcü və atası rus kimi göstərilməsi, çox güman ki, Stalinə görə edilib. Həm də bu adamın bu kimliyə uyğun bir nəfər də olsun qohumu müəyyən edilməyib, Belə bir casusluğu üzdə olan birinin, Azərbaycanda törədilmiş soyqırım iştirakçısının abidəsini sağ buraxmaq özü bir xəyanətdir.

Ancaq Stalinin ölümündən sonra marşal ermənilərin müraciətləri əsasında reabilitasiya edildi. Mark Solonin, komandirin bəzi qaranlıq işlərə qarışanlar tərəfindən lazımsız bir şahid olaraq qəbul edildiyini irəli sürür. Üstəlik, Mancuriyanın qızılı ilə dolu olan təyyarə isə heç vaxt tapılmadı.

Stalinin ölümündən dərhal sonra ermənilər dərhal hərəkətə keçirlər.

SSRİ Ali Soveti Rəyasət Heyətinin 27 mart 1953 -cü il tarixli əfv fərmanına uyğun olaraq, Xudyakovlar ailəsinə Krasnoyarsk diyarında sürgündən Moskvaya qayıtmalarına icazə verilir.

1954 -cü ilin avqustunda Baş Hərbi Prokurorluq 100384 saylı arxiv istintaq sənədinin materiallarına nəzarət etməyə başladı. Nəzarətə cavabdeh olan hərbi prokuror, Hərbi Kollegiya tərəfindən yenidən baxılması üçün arxiv istintaq sənədinin təqdim edilməsi barədə rəy verdi. SSRİ Ali Məhkəməsi, yeni açılan hallarla əlaqədar cəzanın ləğv edilməsi təklifi ilə daxil olan sənəddə ilk dəfə olaraq marşalın əsl soyadı, adı və atasının adı — Xanferyants Armenak Artemoviç yazılmışdı.

İş Ali Məhkəmənin Hərbi Kollegiyası tərəfindən yenidən araşdırıldıqda, Xudyakov-Xanferyantsın ittihamının heç bir obyektiv məlumatla təsdiqlənmədiyi müəyyən edilmişdir.

18 Avqust 1954-cü ildə SSRİ Ali Məhkəməsinin Hərbi Kollegiyası 4n-09087/54 saylı qərarla qərar verdi: 18 aprel 1950-ci il tarixli Xudyakov Sergey Aleksandroviç, həm də Xanferyants Armenak Artemoviç haqqında hökm ləğv edilməlidir. Yeni əlavə edilən hallar və cinayət tərkibinin olmaması səbəbiylə cinayət işi dayandırılır.

SSRİ Ali Soveti Rəyasət Heyətinin yalnız 6 iyul 1965 -ci il tarixli fərmanı ilə məhkəmə qərarı ilə reabilitasiya edilmiş hərbi hava qüvvələri marşalı S.A. Xudyakovu Sovet Ordusu və Donanması Baş Siyasi rəhbərliyi yanında partiya komissiyası, partiya sıralarına bərpa etdi və onun titullarını geri qaytardı.

Xudyakovun belə sürətli bir karyera yüksəlişini izah edən bir neçə versiya var. Onlardan birinə görə, Xudyakov müharibə zamanı Stalinin ən çox sevdiyi birinə çevrilmişdi, guya bu işdə Xudyakovun «gürcü» kökləri mühüm rol oynayırdı (Xudyakovun saxta tərcümeyi -halına görə anası gürcü, atası isə rus idi). Armenak Xanferyants 7 yanvar 1902 -ci ildə Elizavetpol quberniyasının (indiki Azərbaycan, Xocavənd rayonu) Şuşa qəzasının Böyük Tağlar kəndində Artyom və Gülaxanım Xanferyantslar ailəsində anadan olmuşdur. Başqa bir versiyaya görə Volsk şəhərində anadan olmuşdur. Armenakın anası 1908 -ci ildə ölüb və üç oğlu ilə arvadı dul qalıb.

Azərbaycana qarşı soyqırımlarda iştirak etmiş digər marşal Baqramyanın Zoravarla (Andraniklə) görüşünü bu foto sübut edir. 1918 -ci ilin martında Sarıkamış yaxınlığındakı Xorasan kəndində baş verib. Baqramyan Aramais Mnatsakanyan öz tərcümeyi — halında qeyd etdiyi kimi, batalyon komandiri Əmirxanyan və ön cəbhə rəisi Baqramyan Andranikin qarşısına çıxıb taborun gəlişi barədə məlumat verdilər. Andranik onları dinlədi, hərbi qüvvələrin tərkibini və necə silahlanmalarını soruşdu. Cəbhəni yarmadıqlarına və erməniləri çətin vəziyyətə saldıqlarına görə qəzəbləndi və Zaqafqaziya koalisiya hökumətinə irad tutdu.

Sonra Andranik, Amirxanyan və Baqramyanın müşayiəti ilə süvari dəstəsinin önündə gedərək onları salamladı. Süvarilər onları «Ura!» nidasıyla qarşıladılar. Andranik, batalyona Köprü köy kəndinə doğru hərəkət etməyi, oradakı mövqeləri tutmağı, türklərə qarşı müqavimət təşkil etməyi və düşmənin avanqardının Xorasan kəndinə doğru irəliləməsini müvəqqəti olaraq dayandırmağı əmr etdi ki, geri çəkilən qaçqınlar dəhşətləri tərk edib qaça bilsinlər. Baqramyanın vzvodunun da daxil olduğu diviziya Andranikin döyüş tapşırığını uğurla yerinə yetirdi.

İllər sonra 1974 -cü ildə, Parisdə olarkən, marşal İvan (Ovanes) Baqramyan Pere Laşez qəbiristanlığını xüsusi olaraq ziyarət edir. Burada Andranikin məzarı üzərində ucaldılan abidənin önünə əklil qoyub və hərbi salam verir. Baqramyanın gətirdiyi çələngdə belə bir yazı vardı: “1918 -ci ildə vətənim üçün ən çətin illərdə birgə olmaq şərəfinə layiq olduğum Ermənistanın «əfsanəvi qəhrəmanı» Andranikin əbədi xatirəsinə. O. Baqramyan».

Hər iki fırıldaqçı erməni marşalının abidələrinin qanuni əsaslarla ləğv edilməsi bizim hüququmuzdur. Rusa köpəklik etmək məharətinə görə general, marşal və s. titullarla mükafatlandırılıblar. Bir vaxtlar Qarabağda at oğrusu kimi tanınan Mədətova da general vermişdilər. Azərbaycana qarşı soyqırım həyata keçirən bu köpəklərin hələ də yurdunda qalanlarının bizim soysuzlarla əlaqələri qalmaqdadır. Qan çəkir, nə etsinlər…

BAX VİDEO:      https://youtu.be/QDIibt7TkxA?t=182