Türk ordusunun telekommunikasiya peyklərinə də ehtiyacı var, TUSAŞ da bu problemi həll edə bilir – şirkət rəhbərinin müavini.
Türk havacılık şirkəti Türk Havacılık ve Uzay Sanayi AŞ (TUSAŞ) ikinci ixracat müqaviləsi imzaladı. Bu barədə “Anadolu” agentliyinə TUSAŞ baş direktorunun müavini Salman Nas məlumat verərək: “İnkişaf fəaliyyətlərini Argentinanın INVAP şirkəti ilə ortaq olaraq qurulan GSATCOM şirkəti vasitəsilə həyata keçiririk. Artıq bir müştərimiz var idi: Argentinada ARSAT operatoru üçün telekommunikasiya peyki yaratmaq prosesindəyik. Yüksək məlumat ötürmə qabiliyyətinə malik bir peyk olacaq. Beləliklə, GSATCOM ilk beynəlxalq ixracını etdi. Biz bunu çox vacib bir hadisə, kosmosun inkişafı sahəsində uğur kimi görürük. Başqa ölkələrdə keçirilən tenderlərdə də iştirak edirik” dedi.
Onun sözlərinə görə, GSATCOM iki il əvvəl yaradılıb və artıq əhəmiyyətli uğurlara imza atıb.
“Əvvəllər biz Qazaxıstanda telekommunikasiya peykinin yaradılması üzrə tenderə qatılaraq son anadək layihəmizi çox yaxşı tanıtmışdıq. Şirkət beynəlxalq aləmdə digər imkanları da araşdırır. Digər ölkələrin də telekommunikasiya peyklərinə ehtiyacı var. Yaxın gələcəkdə oxşar peykin yaradılması ilə bağlı danışıqlara başlayacağıq. İkinci peykin ardınca yeniləri gələcək ”, – deyə Nas qeyd edib.
Şirkətin baş direktor müavini, Türkiyə ordusunun telekommunikasiya peyklərinə də ehtiyacı olduğunu vurğuladı.
“TUSAŞ bu problemi də həll edə bilər. Türkiyədəki operatorumuzun 2025-2030 -cu illərdə bəzi peyklərini yeniləməsi lazımdır. Biz artıq bu məsələ ilə bağlı danışıqlar aparmışıq”, – deyə o əlavə edib.
Transqafqaz.com