Minsk qrupu indi müharibədən sonrakı Qarabağ nizamlanmasında heç bir əhəmiyyət kəsb etmir. Bakı rusiyalı həmsədri yalnız Rusiyadan gəldiyinə görə qəbul etdi. Bu şəkildə hörmət göstərdi.
Bu fikri Rusiya Beynəlxalq Əlaqələr Şurasının eksperti Aleksey Naumov paylaşıb. “Əgər əvvəllər – İkinci Qarabağ müharibəsindən əvvəl – vaxt İrəvana işləyirdi, indi vaxt Bakı üçün işləyir. İndi Ermənistan, bəlkə də ictimai formatlardan kənarda, yaxşı və anlaşıqlı şəkildə izah etməlidir ki, təəssüf ki, heç bir status olmayacaq, davam edək ”, – deyə rusiyalı ekspert qeyd edib.
Onun sözlərinə görə, Ermənistan prosesi uzada bilər, amma bununla da tarixin uduzan tərəfində qalır.
“İrəvan daxili radikal elektorat qarşısında nüfuzunun qorunması naminə öz gələcəyini qurban verir” deyə Naumov vurğuladı.
Transqafqaz.com