Heydər Camal Qazaxıstanda dəfn olunacaq

05/12/16 6:22

Bu gecə vəfat etmiş ictimai xadim, Rusiya İslam Komitəsinin sədri, ilahiyyatçı filosof Heydər Camal Qazaxıstanın Almatı şəhərində dəfn ediləcək.

 

APA-nın Moskva müxbirinin verdiyi xəbərə görə, bu barədə mərhumun “Facebook” səhifəsində yer alan məlumatda bildirilir.

 

Dəfn mərasimi dekabrın 6-da saat 11:00-da Almatı şəhərində yerləşən “Kensay-2” qəbiristanlığında keçiriləcək.

 

Qeyd edək ki, H. Camal bir müddət Almatı şəhərində müalicə olunurdu.