Maqsud Mahmudov Azərbaycana ekstradisiya edilib

18/09/21 10:58

Ukraynada saxlanılan azərbaycanlı iş adamı Maksud Mahmudov bu gün Azərbaycana gətirilib. Bu barədə Azərbaycan Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun birgə məlumatında deyilir.

Mahmudov, Azərbaycan Daxili İşlər Nazirliyi tərəfindən 10 yanvar 2020 -ci il tarixində Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla törədilmiş dələduzluq) maddəsi ilə beynəlxalq axtarışa verilmiş, bu ilin iyul ayında Ukrayna ərazisində saxlanılıb.

Qeyd edək ki, Ukrayna Təhlükəsizlik Xidməti bu ilin aprelində külli miqdarda dələduzluğa görə beynəlxalq axtarışda olan 51 yaşlı Mahmudovun həbs edildiyini elan etmişdi.

Transqafqaz.com