Universitetlər birləşdirilir?

08/12/16 5:02

“2013-cü ildə ölkə başçısı tərəfindən qəbul edilən təhsil strategiyasına əsasən islahatlara başlayarkən problemlərin kökünü araşdırmaq üçün bir sıra təhlillər apardıq. Bu işlər nəticəsində əmək haqlarının aşağı olması, işə qəbul sahəsində çətinliklər, bir çox hallarda pərakəndəlik, saxta diplom hallarına rast gəldik”.

APA-nın məlumatına görə, bunu təhsil naziri Mikayıl Cabbarov Milli Məclisin plenar iclasında 2017-ci ilin büdcə zərfinin müzakirəsi zamanı deyib.

Mikayıl Cabbarov onu da əlavə edib ki, yaxın günlərdə ali məktəblərin optimallaşdırılması məsələsinə baxılacaq.

Qeyd edək ki, təhsil naziri ali məktəblərin optimallaşdırılması dedikdə, böyük ehtimalla, universitetlərin birləşdirilməsi və ya orada çalışanların ixtisarını nəzərdə tutur.

 

Oxunub: 6544