ABŞ dövlət katibi Con Kerri və digər ali diplomatlar Suriyada 6 ilə yaxındır davam edən və 300 mindən çox insanın həyatına son qoyan münaqişənin həlli istiqamətində yeni danışıqlara başlayır. Görüş bu gün Fransa paytaxtı Paris şəhərində keçirilir.
Fransanın xarici işlər naziri Jan-Mark Ayro ABŞ, Avropa və Ərəb diplomatlar, eləcə də Suriya müxalifətinin üzvləri ilə Suriyada vəziyyətə dair müzakirələr ev sahibliyi edir.
Almaniya, Böyük Britaniya, Səudiyyə Ərəbistanı, Qətər, Türkiyə və Avropa Birliyinin bir nümayəndəsi Fransa Xarici İşlər Nazirliyində keçirilən görüşə qatılıblar. Elə eyni zamanda isə Suriya hökumət qüvvələri Hələbin üsyançıların nəzarətində olan hissəsinə hərbi müdaxiləsi davam edib.
İndiyədək döyüşlərin dayandırılmasına dair çağırışlar uğursuzluğa düçar olub. Paris danışıqları həmçinin bütün tərəflərin iştirakı ilə keçirilməsi planlaşdırılan Cenevrə sülh danışıqlarına yol açmaq məqsədi daşıyır.
“Mən burada məqsədim bütün qüvvələri Cenevrədə masa arxasına qaytarmaqdan ibarətdir” – deyə deyə Con Kerri dünən axşam bildirib.
Rusiya xarici işlər naziri Sergey Lavrovun sözlərinə görə, üsyançılar Hələbi boşaldanadək Rusiya və Suriya hökumət qüvvələri şəhəri bombalamağa davam edəcək.
“Humaniyat fasilədən sonra hücumlar bərpa olunub və quldurlar Hələbdə qaldığı müddətdə hücumlar davam edəcək” – deyə Lavrov bildirib. O, bu açıqlamanı Almaniyanın Hamburq şəhərində təhlükəsizlik toplantısında qatılarkən jurnalistlərə verib.
Lavrovun bu şərhi onun Suriya hökumətinin Hələbin şərqində bütün aktiv hərbi əməliyyatlarını dayandırdlığı bəyan etməsindən bir gün sonraya təsadüf edir. Fikirlərinin ziddiyyət təşkil etdiyi bildirilən Rusiya xarici işlər naziri belə cavab verib: “Mən hərbi əməliyyatların tam olaraq dayandığını deməmişim. Mən ərazini tərk etmək istəyən mülki vətəndaların şəhərdən çıxmasına şərait yaratmaq üçün hərbi əməliyyatların müəyyən müddətdə dondurulduğunu bildirmişəm”.
“Hamı bunu anlayır, bizim amerikalı tərəfdaşlarımız da bunu başa düşür” – deyə o, əlavə edib.