Yeni İl və 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ilə əlaqədar Azərbaycanda dalbadal 7 gün – dekabrın 31-dən yanvarın 6-dək qeyri-iş günü elan edilib.
Bu barədə Nazirlər Kabinetinin müvafiq məlumatında bildirilir.
“28-29 dekabr istirahət günlərinin yerinin 3 və 6 yanvar günləri ilə dəyişdirilməsi barədə qərar qəbul edilib. Beləliklə, 2016-cı ilin 30 dekabr tarixi 2016-cı ilin son iş günü, 7 yanvar isə 2017-ci ilin ilk iş günü olacaq”, – hökumətdən bildirilib. (virtualaz.org)