Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan çərşənbə günü Soçiyə gəldi.
Göyərtəsində Türkiyə dövlət başçısının olduğu təyyarə yerli vaxtla saat 12^15-də Soçi Beynəlxalq Hava Limanına endi.
Türk liderini Krasnodar diyarı qubernatorunun müavini Aleksandr Ruppel, Soçi şəhərinin meri Aleksey Kopayqorodski, Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin Dövlət Protokolu İdarəsinin müdiri İqor Boqdaşev, Türkiyənin Moskvadakı səfiri Mehmet Samsar, Türkiyənin Novorossiyskdə baş konsulu Firat Bayar və başqaları qarşıladı..
Səfər zamanı Prezident Ərdoğanı Milli İstihbarat Təşkilatının (MİT) rəhbəri Hakan Fidan, Prezident Administrasiyasının Əlaqələr Idarəsinin rəhbəri Fahrettin Altun və prezidentin mətbuat katibi İbrahim Kalın müşayiət edir.
Türkiyə Prezident Administrasiyasının Əlaqələr Idarəsi Ərdoğanın səfərinin Rusiya Prezidenti Vladimir Putinin dəvəti ilə təşkil edildiyini bir qədər əvvəl bildirmişdi.
Dövlət başçıları ikitərəfli münasibətləri, regional və beynəlxalq prosesləri müzakirə edəcəklər. İki ölkə lideri Suriya, Liviya və Əfqanıstandakı vəziyyətə toxunacaqlar.
Transqafqaz.com