Türkiyə Təhsil Vəqfi (TMV), xaricdəki təhsil müəssisələrinin sayına görə dünyanın beş təhsil müəssisəsindən biridir.
TMV rəhbəri, professor Birol Akgün “Anadolu” agentliyinə verdiyi müsahibədə fondun beş illik fəaliyyətəd danışdı və yeni layihələr barəsində məlumat verdi.
Onun sözlərinə görə, TMV-nin balansında Türkiyədən kənarda artıq 45 min nəfərin təhsil aldığı 377 təhsil müəssisəsi var.
“Təhsil Vəqfi (TMV) sayəsində Türkiyə, Fransa, Almaniya, Böyük Britaniya və Çin ilə birlikdə, beynəlxalq təhsil müəssisələri şəbəkəsinin miqyasına görə dünyanın beş aparıcı ölkəsindən biridir” dedi.
Transqafqaz.com