28 sentyabr 2020. 44 günlük Azərbaycan Vətən Müharibəsi – ikinci gün

29/09/21 11:26

Transqafqaz.com oxucularını Azərbaycan Vətən Müharibəsinin 44 gününün gedişatını izləməyə dəvət edir.

Düz bir il əvvəl, 27 sentyabr 2020-ci ildə Qarabağ Vətən Müharibəsinin son döyüşlərə başladı. Həmin gün Ermənistanın işğalçı qüvvələri Azərbaycan ordusunun mövqelərini və iki ölkənin bütün cəbhəsi və bütün sərhədi boyunca dinc yaşayış məntəqələrini atəşə tutduqdan sonra Bakı torpaqlarını işğalçıdan azad etmək və vətəndaşların təhlükəsizliyini təmin etmək məqsədilə genişmiqyaslı əks-hücum əməliyyatına başlamağa qərar verdi.

Müharibənin ikinci günü, 28 sentyabrda, bir gün əvvəl başlayan döyüşlər bütün gecə davam etdi. ABŞ prezidentliyinə namizəd Joe Biden, tərəfləri atəşi dayandırmağa çağırdı və hazırkı prezident Donald Trump, hərbi əməliyyatların gedişatını yaxından izlədiyini söylədi .

Gecə 02:00 saata məlum oldu ki, təkcə Tərtər-Ağdam istiqamətində, Talış kəndi uğrunda gedən döyüşlərdə işğalçı qüvvələr 500-dən çox əsgər itiriblər. Ermənistanda klinikalar, işğal zonasından yaralıların axını səbəbindən xəstələrin planlı qəbulunu dayandırdı. Azərbaycan Müdafiə Nazirliyi, PUA-ın qarşısında köməksiz vəziyyətdə olan tankların da daxil olduğu işğalçıların hərbi texnikasının məhv edilməsinə dair video sənədlərin nəşrini davam etdirdi.

Buna cavab olaraq Ermənistan cəbhə xəttindən aralı yerləşən Tərtər şəhərini kütləvi şəkildə atəşə tutdu və bu şəhərə demək olar ki, bütün Vətən Müharibəsi boyunca  düşmənin raket zərbələri davam etdi.  Saat 09:00-a qədər Talış ətrafındakı əsas yüksəkliklər azad edildi, cəbhənin bu sektorunda işğalçıların məğlubiyyəti qaçılmaz oldu.

İtaliya Senatı Ermənistanın Azərbaycana təcavüzünü qınadı. Türkiyə bütün dünyaya səslənərək, Ermənistanın Azərbaycana təcavüzünü qınamağa çağırdı .

 

Hərbi əməliyyatların artan miqyası  fonunda Azərbaycanda qismən səfərbərlik elan edildi.

Təxminən saat 10:00-da  Azərbaycan Prezidenti İlham Əliyevlə,  Fransa Prezidenti Emmanuel Makron arasında ilk danışıqlar aparıldı, hansı ki, bir müddət sonra Azərbaycan ərazilərinin işğalına açıq dəstək verərək, ermənipərəst mövqey  tutacaq. Azərbaycan ordusunun azadetmə əməliyyatına dəstək olaraq ilk aksiya İstanbulda keçirildi.

Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevin çıxışı zamanı “Azərbaycan Vətən Müharibəsi” sözləri ilk dəfə işlədildi. Aeroflot da daxil olmaqla bir sıra aviaşirkətlər Bakıya uçuşları ləğv etdilər.

Saat 12: 00 -a qədər Ermənistanın xarici muzdlulardan – Suriya və Yaxın Şərqin digər ölkələrindən olan etnik ermənilərdən istifadə etdiyi barədə ilk məlumat açıqlandı. Murov dağının azad edilməsi ilə əlaqədar olaraq  Ermənistan, yeganə yolun Azərbaycan Silahlı Qüvvələrinin nəzarətində olduğu üçün işğal olunmuş Kəlbəcər rayonuna girişi qadağan etdi. Azərbaycanın cəbhə bölgəsindəki yaşayış məntəqələrinin atəşə tutulması səbəbindən dinc azərbaycanlı əhalisi arasında yeni itkilərin olması barədə məlumatlar yayıldı.

Azərbaycanlı bloggerlərdən biri (böyük ehtimalla xüsusi təyinatlı) Xankəndinə sızaraq işğal infrastrukturunun qorunmasının zəif olduğunu nümayiş etdirdi. Saat 13:00-dan sonra:

-Kreml münaqişə tərəflərini maksimum təmkinli olmağa çağırdı;

-Federasiya Şurası Azərbaycan sərhədləri xaricində hərbi əməliyyatların genişlənməsindən və ABŞ-ın Qarabağ müharibəsindən öz məqsədləri üçün istifadə etməsindən qorxduğunu bildirdi.

Eyni zamanda, Ermənistanın işğalçı ordu qüvvələrindən kütləvi fərrarilik (erməni mətbuatı müharibə bitdikdən sonra 10000 min qeyd etmişdi)  olduğu məlum oldu. Ermənistan Müdafiə Nazirliyi daha 59 işğalçının öldüyünü etiraf etdi.

Saat 15: 00-dan sonra Ermənistanın işğalçı qüvvələri Tərtər-Ağdam istiqamətində Ağdərəyə doğru geri çəkilməyə başladılar. İrəvan işğalçıların, separatçıların və qanunsuz məskunlaşanların Azərbaycan ərazilərindən tamamilə çıxarılması üçün bir plan hazırlamağa  başladı.  Ermənistan prezidenti Armen Sarkisyan:

-İlk dəfə olaraq müharibəni dayandırmağı təklif etdi;

-Qafqaz və Yaxın Şərq üzrə tanınmış amerikalı mütəxəssis Joshua Kucera,  Azərbaycanın ona qarşı olan haqsız  ədalətsizliyə son qoyduğunu yazdı;

-Səudiyyə Ərəbistanı BMT Təhlükəsizlik Şurasının Azərbaycan torpaqlarının işğaldan azad edilməsi barədə Qətnamənin yerinə yetirilməsinə çağırdı;

-İslam Əməkdaşlıq Təşkilatı Ermənistandan  işğal qoşunlarının Azərbaycandan çıxarılmasını tələb etdi.

Saat 17: 00-a qədər Tərtərə atılan atəş nəticəsində xəsarət alanların sayı 26 nəfərə çatdı, bir saat sonra daha iki yerli sakin oradaca öldü. Erməni işğal ordusu Azərbaycanın Goranboy rayonunun dinc kəndlərini də atəşə tutdu. Azərbaycanın bir sıra bölgələrində artilleriya zərbələri nəticəsində infrastruktura xeyli ziyan dəydi.

Saat 19: 00-dan sonra  BMT -nin baş katibi Antonio Quterreş dünən verdiyi sözü yerinə yetirərək İlham Əliyevlə danışıqlar apardı.  Gecə yarısına yaxın Ermənistanın  Baş  Naziri  Nikol Paşinyana zəng vurdu.  BMT Təhlükəsizlik Şurası Qarabağ müharibəsi ilə bağlı toplantıya hazırlıqlara başladı. Ankara ordusunu döyüş bölgəsinə göndərməyəcəyini vurğuladı.

Ermənistan Müdafiə Nazirliyi Azərbaycan ordusunun işğal zonasının cənubunda Araz çayı boyunca və şimal-şərqdə Talış və Suqovuşan kəndləri istiqamətində irimiqyaslı əks-hücuma keçdiyini qeyd etdi. Azərbaycan Talış kəndinin yaxın saatlarda  azad ediləcəyinin sübutu kimi  bir video yayımladı və vurulan təyyarə ilə bağlı saxta məlumatı  təkzib etdi. Cəbhədə yaranan çətin vəziyyətə görə Ermənistan hökuməti kişi vətəndaşların respublikanı tərk etməsini qadağan etdi və strateji yüksəkliklərdə itkilərin əhəmiyyətsizliyi ilə bağlı açıqlamalar da verildi.

Günün sonunda İranın dini lideri Ayətullah Əli Xamneyinin nümayəndəsi Azərbaycana öz torpaqlarını tamamilə azad etməsini arzuladı .

Beləliklə, müharibənin ikinci günündə Azərbaycan ordusu Araz çayı boyunca  işğal olunmuş ərazilərin dərinliyinə doğru irəliləməyə nail oldu. Əsgərləri Talış və Suqovuşan kəndlərinə yaxınlaşdı.

Kəlbəcərdən keçən əsas yol boyunca işğalçı qoşunların təchizatı Murov dağına nəzarət edildiyindən tamamilə dayandırıldı. Azərbaycanın cəbhə bölgəsində dinc şəhər və kəndlərinin atəşə tutulması şiddətləndi.

Vahidov Qurban. Araşdırmaçı – analitik