İran generalı: “Sərhədlərimiz xaricində altı ordu yaratdıq”

30/09/21 9:42

Sentyabrın 27-də Əl-Ərəbiyyə telekanalı yüksək səviyyəli bir İran hərbçisinin ölkəsinin “sərhədləri xaricində İran üçün işləyən altı ordu” yaratması ilə öyündüyünü bildirdi.

Xatəm əl-Ənbiya qərargahının komandiri Qolyam Əli Rəşid iddia edir ki, Qüds Qüvvələri komandanı Qasim Süleymani amerikalılar onu ləğv etməzdən təxminən üç ay əvvəl bu barədə danışıb.

Rəşid, bu orduların ortaq bir ideologiyaya sahib olduqlarını və İslam Respublikasını hər hansı bir hücumdan qorumaq üçün İran xaricində çalışdıqlarını izah etdi.

İran ordusunun yüksək rütbəli zabitinin dediyinə görə, bu ordulara Hizbullah, Həmas, İslami Cihad, Suriyadakı Bəşər Əsəd rejim qüvvələri, İraqdakı Xalq Səfərbərlik Qüvvələri və Yəməndəki husilər daxildir.

Transqafqaz.com