Ərdoğan və Bayden Qarabağ məsələsini müzakirə edəcəklər

12/10/21 3:33

Türkiyə prezidenti İbrahim Kalın “Milliyet” qəzetinə müsahibəsində bildirib ki, Türkiyə ilə ABŞ arasında sıx əməkdaşlıq var.

Kalın, 30-31 oktyabr tarixlərində Romada gözlənilən G-20 liderlərinin zirvəsi çərçivəsində Türkiyə və ABŞ prezidentləri Rəcəb Tayyib Ərdoğan və Co Baydenin görüşündə müzakirə ediləcək mövzuları da açıqladı.

“ABŞ ilə siyasət, iqtisadiyyat, enerji, təhlükəsizlik, terrorizmlə mübarizə, ticarət, müdafiə sənayesi, Əfqanıstan, Suriya, İraq, Qarabağ, Qafqaz, Liviya, Şərqi Aralıq dənizi və digər bölgələrdə, qlobal məsələlərdə əməkdaşlıq edirik. Danışıqlar zamanı iki ölkənin liderləri bu prioritet məsələləri müzakirə edəcəklər “dedi.

Transqafqaz.com