Vanda İran ajanlarına qarşı MİT əməliyyatı

14/10/21 9:31

Türkiyə Milli Kəşfiyyat İdarəsi (MİT) Van şəhərində keçmiş iranlı zabiti qaçırmaq istəyən 2-si İran kəşfiyyatının agenti olmaqla, ümumilikdə 8 nəfəri cinayət başında yaxalayıb.

Transqafqaz.com xəbər verir ki, MİT İran agentlərinin adı açıqlanmayan zabiti İrana qaçırmaq üçün Vanda 30 min dollar büdcəsi olan bir şəbəkə yaratmağa çalışdıqlarını müəyyən edib.

Şəbəkə üzvləri keçmiş hərbçinin həyat yoldaşına onlara yardım etməsi üçün 10 min dollar təklif ediblər. Əks təqdirdə onu İranda yaşayan ailəsinə zərər veriləcəyi ilə təhdid etdiblər.

Sentyabrın 24 -ü 2021-ci ildə Türkiyə vaxtı ilə saat 21.00 radələrində M.A. -nı qaçırmaq üçün evinə girmək istəyən İran vətəndaşı S.S. və Türkiyə vətəndaşı M.E.A. saxlanılıb. Davam edən əməliyyatda 6 nəfərdən ibarət digər şəbəkə üzvləri də yaxalanıb.

Qeyd edək ki, saxlanılanlardan 2-si İran kəşfiyyatının agentləridir.

Transqafqaz.com