Türkiyənin Nəqliyyat Naziri – BTK üzərindən yük daşımalarının yaxşılaşdırılmasına dair protokol Türkiyə, Azərbaycan və Gürcüstan arasında əməkdaşlığı nəzərdə tutur.
Türkiyə-Azərbaycan və Gürcüstan arasında Bakı-Tbilisi-Qars dəmir yolu ilə yük daşımalarını yaxşılaşdırmağa yönəlmiş üçtərəfli nazirlər protokolunun imzalanması sayəsində dəmir yolu xəttinin potensialından istifadəyə mane olan struktur maneələri birgə səylərlə aradan qaldırılacaq.
Nəqliyyat Şurasının 12-ci iclası çərçivəsində protokolu Türkiyənin Nəqliyyat və İnfrastruktur Naziri Adil Karaismailoğlu, Azərbaycanın Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Naziri Rəşad Nəbiyev və Gürcüstanın İqtisadiyyat və Dayanıqlı İnkişaf Naziri Natela Turnava imzaladılar.
Protokol çərçivəsində tərəflər “Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu” Beynəlxalq Birliyinin (TMTM) dərc etdiyi tranzit vaxtlarına riayət etmək üçün hər cür səy göstərəcəklərinə söz veriblər.
BTK xəttinin potensialından tam istifadə etmək üçün lazımı təşviqedici tədbirlər görüləcək, inzibati prosedurlar sadələşdiriləcək və nəqliyyat əməliyyatları ilə bağlı məsələlər həll olunacaq.
Nazir Karaismayiloğlunun Anadolu agentliyinə verdiyi məlumata görə, nazirlərin görüşü çərçivəsində BTK -dan daha səmərəli istifadə edilməsi, onun üstünlük verilən marşruta çevrilməsi və gələcək addımlar müzakirə edilib.
Nazirin sözlərinə görə: “Bu marşrut bölgə ölkələrinin iqtisadiyyatına birbaşa töhfə verəcək. Yük daşımaların həcmi artacaq, marşrut yeni səviyyəyə çıxacaq və digər nəqliyyat dəhlizləri ilə rəqabət apara biləcək. Ortaya çıxan problemlərin aradan qaldırılması Orta Dəhlizə üstünlük verilən marşrut halına gətirəcək. Bu görüşün Orta Dəhlizin səmərəliliyinin artırılması baxımından çox əhəmiyyətli olduğunu düşünürük” dedi.
Transqafqaz.com