Ankara kürd yaraqlılarının Türk konvoyuna hücumda Moskva və Vaşinqtonu günahlandırır

14/10/21 5:34

Türkiyənin Müdafiə Naziri Hulusi Akar cümə axşamı günü bildirib ki, Suriyadan Kürdistan İşçi Partiyası (PKK) və Kürd Xalq Özünümüdafiə Qüvvələri (YPG) silahlılarının Türkiyəyə hücumlarından Rusiya və ABŞ məsuliyyət daşıyır.

Milli Müdafiə Universitetində “PKK və YPG-nin Türkiyəyə hücumlarından Rusiya və ABŞ da məsuliyyət daşıyır” dedi.

Onun sözlərinə görə, Moskva və Vaşinqton bu kürd qüvvələrinin Suriyanın Türkiyə ilə həmsərhəd bölgələrindən çəkiləcəyinə dair zəmanət vədlərini yerinə yetirə bilməyiblər.

Nazir “Sözlərinə əməl etmədilər, terrorçular hələ də oradadırlar və Türkiyəyə hücumları gücləndirirlər və güc toplamalı və problemləri özümüz həll etməliyik” dedi.

Transqafqaz.com