Əfqanıstandan böyük nümayəndə heyəti Türkiyədə – VİDEO

14/10/21 10:05

Türkiyənin Xarici İşlər Naziri Mövlud Çavuşoğlu Əfqanıstanın “Taliban” hökumətinin xarici işlər vəkili Əmirxan Mottaki ilə görüşüb.

Görüşdən sonra mətbuata açıqlamalar verən türkiyəli nazir danışıqlar zamanı Əfqanıstana genişmiqyaslı humanitar yardım paketinin müzakirə olunduğunu bildirib.

O, bəyan edib ki, ölkədə iqtisadiyyatın çökməsinin qarşısı alınmalı və terrorla mübarizə davam etdirilməlidir.

Transqafqaz.com