İran əslində Zəngəzura İran qoşunlarını yeritmək fikrində olub, lakin Rusiya Xarici İşlər Naziri Sergey Lavrov iranlı həmkarı ilə görüşdə bu barədə fikirlərini bildirmişdi.
Bu fikri rusiyalı ekspert, hərbi müxbir Yevgeni Mixaylov müsahibəsində paylaşıb.
Onun sözlərinə görə, belə bir addımın birbaşa bölgədə gərginliyə səbəb olacağı göz qabağındadır, çünki Azərbaycandan başqa Rusiya və Türkiyənin maraqlarına toxunulacaq.
“Həm Türkiyənin, həm də Rusiyanın ortağı sayılan İranın, birbaşa müharibənin başlaya biləcəyi qədər təxribatçı bir addım atacağını düşünmürəm. Tehranın bunu anlamadığını düşünmürəm və üstəlik, sanksiyalar altında olan ölkənin beynəlxalq aləmdə ən azından bir növ qarşılıqlı anlaşmanın olduğu bir neçə ortaqdan imtina etmək qərarına gələcəyi də açıqdır. Bundan ABŞ və İsrail tərəfindən qaçılmaz olaraq istifadə ediləcək “dedi.
Transqafqaz.com