Erməni politoloq: “Məhz bu gün məhv edilmiş çadırın yerində səngər qazmağa başlamaq lazımdır”

18/10/21 3:16

“Birinci və əsas tələb regionda erməni faktorunun güclənməsi və subyektivliyimizin bərpası olmalıdır.

Bu problemin həllinə isə şikayətlərlə nail olmaq mümkün deyil”.

Transqafqaz.com xəbər verir ki, bunu “Facebook” səhifəsində erməni politoloq Hrant Melik-Şahnazaryan yazıb.

O bildirib ki, bütün istiqamətlərdə iş aparmaq lazımdır.

“Məhz bu gün Silahlı Qüvvələrimizin məhv edilmiş çadırının yerində səngər qazmağa başlamaq lazımdır”, – deyə Şahnazaryan qeyd edib.