Batum Müqaviləsi – Azərbaycan-Ermənistan danışıqlarında əsas kimi qəbul edilməlidir

27/10/21 10:29

Noyabrın 8-9-da Rusiyada keçirilməsi planlaşdırılan üçtərəfli görüşdə yeni sənədin imzalanacağını gözləyirəm.

Bu fikirləri Transqafqaz.com siyasi şərhçi Yasəmən Qaraqoyunlu deyib.

Yasəmən Qaraqoyunlu hesab edir ki, əgər Ermənistanla-Azərbaycan arasında yeni sülh sazişinin bağlanılmasından söz gedirsə, sərhədlərin demorkasiyasi, delimitasiyası  gündəmdədirsə, Azərbaycanın sərhədləri Batum müqaviləsinə əsaslanaraq tanınmalıdır.

 

1918-ci ildə Fransa tərəfindən tanınmış və təsdiq edilmiş Azərbaycan xəritəsi

“Azərbaycan 1918-20-ci illərə qədər olan torpaqlar çərçivəsində Ermənistanın müstəqillyini tanımaldır. Ermənistanın Zəngəzur da daxil olmaqla, 1920-ci ildən 1988-ci ilə qədər SSRİ rəhbərliyinin qərar və qətnamələri ilə Azərbaycandan aldığı bütün torpaqlar tarixi Azərbaycan torpaqlarıdır, bu torpaqları Ermənistana vermək olmaz. Ona görə hətta Azərbayacan hökuməti Ermənistanın ərazi bütövlüyünü tanısa belə, biz Ermənistanda doğulmuş  və Ermənistan vətəndaşı olmuş Azərbaycan türkəri bu qərarı və  Ermənistanın torpaq bütünlüyünü və sərhədlərini tanımayacağıq. Azərbaycan hökuməti Ermənistanın SSRİ-dən çıxdığı dönəmdə sahib olduğu sərhədləri tanımamalıdır. Bunu tanımaq Azərbaycan tarixinə, Azərbaycan türklərinin iradəsinə ziddir”.

Siyasi ekspert Azərbaycan prezidentinin noyabrın 12-də Türkiyəyə səfər etməsini alqışlayıb. Onun fikrincə, bu səfər Azərbaycan-Türkiyə strateji müttəfiqliyini təsdiq və təsbit edən faktordur.

Transqafqaz.com