İranın “İnqilab Mühafizəçiləri” Komandiri General-mayor Cəfərinin “Getmək istəyən Sünniləri öldürün” deyərək Hələbdəki dəstələrə hücum əmrini verdiyi müəyyənləşdirilib.
Şərqi Hələbdəki dinc əhalinin xilas edilməsi zamanı insanlara hücum edən şiə terror qruplarının “arxaından” İranın ən məhşur komandirlərindən biri İnqilab Mühafizəçiləri Komandiri General Cavad Cəfəri çıxıd. Onun, Hələbi tərk etmək istəyən Sünni Müsəlmanların öldürülməsi üçün Şiə terrorçulara “qətliam” əmri verdiyi öyrənilib. El-Ərəbiyyanın verdiyi xəbərinə görə; Rusiyanın Suriyadakı müharibəyə dəvət etdiyi İran, Türkiyə ilə Rusiya arasında Hələb məsələsində əldə edilən anlaşmadan narahat olub. Hələbdəki təxliyə əməliyyatlarında İranın yan keçməsini həzm etməyən İnqilab Mühafizəçiləri Komandiri General Cavad Cəfəri, atəşkəsi və azad əməliyyatları əngəlləmək üçün hərəkətə keçib. Cəfərinin Hələbdən çıxmağa çalışan Sünniləri şəxsən hədəf göstərdiyi və çıxmağa cəhd edən hər kəsin öldürülməsi tapşırığı verdiyi ifadə edildib. Mənbələrə görə, vətəndaşların azad edilməsini sabotaj edən Cəfəri, İranın yaratdığı Şiə terror təşkilatına müraciət edərək “Şərq Hələbdə tutduğunuz hər kəsi öldürün” deyərək qətliam əmri verdi.
SÜLEYMANI HƏLƏBDƏ
İran İnqilab Mühafizəçilərinin xaricdəki əməliyyatlarının komandanı Qasım Süleymaninin Hələbdə müharibə və dinc dövrdə Şiə terrorçuların törətdiyi qırğınları idarə etdiyini təsdiqləyən fotoşəkil dərc olunub. “Kölgə general”ı kimi tanınan Qasım Süleymaninin şəkili İrana yaxın mənbələr tərəfindən paylaşılıb. Beləliklə Süleymaninin Hələbdəki Sünnilərin qırğınında da barmağının olduğu dəqiqləşdirilib. Süleymaninin tapşırıqları isə İran lideri Əli Hamaneyden alındığı bildirilir.
İRANDA MATÇDA HƏLƏB ÜSYANI
İranın Huzistan əyalətinə bağlı Ahvaz şəhərində keçirilən 1-ci Liqa matçı (Fulad – Sənət Naft) zamanı azarkeşlər, Hələbdəki qırğınları etiraz edərək, İran rəhbərliyi və Əsəd əleyhinə şüarlar atdı. Digər tərəfdən, İran dövlət televiziyası tərəfindən canlı yayımlanan Traktor komandansı ilə Sepahan arasındakı matçda da Təbrizli azarkeşlər Türkiyə lehinə şüarlar səsləndirməyə başlayıb. İran televiziyası matç yayımını kəsdib.
HƏLƏBDƏ ATƏŞKƏS OYUNLARI
Hələbdə mülki vətəndaşların azad edilməsi məsələsində yeni bir razılıq ortaya çıxıb. Köçürülənlərin iki dəfə İran komandanlığı altındakı Şiə terrorçular tərəfindən qanlı şəkildə əngəllənməsi ilə Türkiyə yenidən müdaxilə etməli olub. Türkiyə rəsmiləri, həm Rus, həm də İranlı rəsmilərlə təmasa keçərək köçürülənlərin yenidən təxliyyə edilməsi ilə əlaqədar müzakirələrə başlayıb. Görüşlər nəticəsində əhalinin yenidən köçürülməsinə başlanıb.3 gündə 3üncü razılaşmanın əldə edilməsi yönəlik xəbər, Suriyalı müxaliflər tərəfindən çatdırılıb. Bu arada Xarici İşlər Naziri Mövlud Çavuşoğlu, Rus həmkarı Naziri Sergey Lavrovla telefon danışığı keçirib. Çavuşoğlunu, Kayseridə həyata keçirilən terror hücumu səbəbiylə arayan Lavrovla Hələbdən vətəndaşların təxliyəsini və həyata keçirilməsini planlaşdırılan Suriya toplantısından danışılıb.
Yazıda bu sayta istinad edilib; http://www.turkiyegazetesi.com.tr/dunya/430043.aspx
yazı hazlırladı: Q.Muxtarlı
Transqarafqaz.com