Türkiyənin müdafiə sənayesi bütün mümkün ssenariləri nəzərə alaraq gələcəyin silahlarını yaradır. Bunu Türkiyə Müdafiə Sənayesi İdarəsinin rəisi İsmayıl Dəmir ASELSAN-ın təşkil etdiyi “Gələcəyi bu gün dizayn et” adlı seminarda deyib.
Dəmir “Türk mühəndisləri gələcək döyüş şəraitində hansı silah sistemlərinə ehtiyac ola biləcəyini, hansı silah sistemlərinin döyüş meydanında qüvvələr balansını dəyişməyə kömək edəcəyini əvvəlcədən düşünürlər” bildirib.
Türkiyənin müdafiə sənayesinin qabaqcıl texnologiyalardan istifadə edərək yüksək keyfiyyətli silah ehtiyacını vaxtında qarşılamaq üçün səylər göstərdiyini ifadə edib.
Seminarda Türkiyə Milli Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Müdafiə Sənayesi Müdirliyi, ASELSAN və digər müdafiə şirkətlərinin nümayəndələri iştirak ediblər.
Dəmir qeyd edib ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan müdafiə sənayesində dövlət və özəl sektorun iştirakı arasında tarazlığın vacibliyini dəfələrlə vurğulayıb.
Bu gün Türkiyənin müdafiə sənayesi tamamilə fərqli bir prosesin başlanmasını, daha doğrusu, ölkənin uzun müddətdir ki, etməyə çalışdığını bütün aspektlərdə həyata keçirməyi tələb edən səviyyəyə çatıb.
Dəmir “Qurucu şirkətlər və ya dövlət şirkətləri strateji və orta müddətli biznesə diqqət yetirməli və özəl sektora, kiçik və orta müəssisələrimizə yol açmalıdırlar” dedi.
“Biz bilirik ki, bütün təsisçi şirkətlərimiz bu məsələyə böyük önəm verir, lakin biz bu məsələyə verdiyimiz əhəmiyyəti daha da gücləndirməli, göstərməli və dərinləşdirməliyik”, – deyə o vurğulayıb.
Transqafqaz.com