Azərbaycan xalqının ədalətli müharibədə – Qələbəsi

08/11/21 4:11

Azərbaycan xalqının haqq işi Ermənistanın tam təslim olması ilə başa çatdı!

Ermənistan məğlub olmağa məhkum idi!

Azərbaycan xalqı öz tarixi torpaqlarını yad boyunduruğundan azad etmək üçün ədalətli müharibə apardı!

Ona sığınan, ocağına şərik olan Azərbaycan xalqının etimadına girən məkrli düşmən iyirminci əsrdə üçüncü dəfə öz xeyirxahının kürəyinə bıçaq batırdı.

Böyük İ.Çavçavadzenin sözləri istər-istəməz yada düşür: “Çoxa və ya aza sahib olduğumuzdan asılı olmayaraq sizə (ermənilərə) sığınacaq verdik, sizə ərazi verdik və sizinlə qardaşlaşdıq. Bizimlə öz evimizdə düşmən kimi rəftar etməyin!”

Dağılan dövlətdəki (SSSR red.) xaosdan istifadə edən hazırlıqlı düşmən Azərbaycan torpaqlarını işğal edə bildi.

Bir milyon azərbaycanlı öz torpağında qaçqın düşdq!

Faşist legionları dinc əhalini: uşaqları, qadınları, qocaları məhv etdi. Xocalı zorakılığı Ermənistanın faşist qüvvələrinin simvoluna çevrilib!

Böyük L. Tolstoyu təfsir edərək yaza bilərik: “Müharibə iyrənclikdir, lakin azərbaycanlılar bu müharibəni aparmağa məcbur olublar. Ermənilər işğalçı kimi gəlmişdilər, düşmən məhv edilməli idi, onda müharibə də məhv olardı”.

Bəs torpağımızda müharibəni kim başlatdı?!

Əllərində silahla torpağımıza kim gəldi ?!

“Düşmən təslim olmasa, onu etmək məhv olar!”

Amma buna baxmayaraq, Azərbaycan Prezidenti İ. Əliyev xoşməramlılıq nümayiş etdirərək dəfələrlə Ermənistan rəhbərliyinə hərbi əməliyyatların dayandırılması, Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisindən çıxarılmasının qrafikini təqdim etmək təklifi ilə müraciət edib. Bütün təkliflər rədd edildi.

Azərbaycanın qələbəsi harada yaşamasından asılı olmayaraq 60 milyonluq xalqın qələbəsi idi. Bu qələbə Azərbaycan əsgəri, zabitnin yüksək peşəkarlığı, Azərbaycan Prezidenti İ. Əliyevin doğru və müdrik siyasəti ilə təmin edilib.

Ermənistan məğlubiyyətə məhkum idi. Müxtəlif ölkələrin nümayəndələrinin, eləcə də uydurma terror təşkilatlarının Azərbaycanın tərəfində vuruşması ilə bağlı hər hansı arqumentlər iflasa uğradı.

Qardaş türk xalqının və şəxsən Türkiyə Prezidenti R.Ərdoğanın Azərbaycan xalqına göstərdiyi böyük mənəvi və texniki yardımı qeyd etmək lazımdır.

Döyüş əməliyyatları zamanı erməni qoşunları müharibə aparmaq üçün lazım olan bütün müasir texniki vasitələr və döyüş sursatları ilə tam təmin edilmişdi. Rusiya müttəfiqlik borcunu tam yerinə yetirdi. Yalnız erməni xalqının tarixində erməni xalqı üçün dəfələrlə qan tökən rus əsgəri olmadı bu müharibədə. Rusiya beynəlxalq qanunlara tam əməl etdi: Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir, otuz illik işğal daha davam edə bilməz.

Rusiya yenə öz töhfəsini verdi, Ermənistanı tam biabırçı məğlubiyyətdən xilas etdi, hər iki tərəfdən minlərlə əsgərin həyatını xilas etdi. Burada Rusiya prezidenti V.Putinin rolunu xüsusi qeyd etmək lazımdır.

Qısa müddətdə Qarabağ bölgəsi dəyişdi: Füzulidə beynəlxalq hava limanı açıldı.

Müasir tələblərə cavab verən Füzuli-Şuşa avtomobil yolu, Qələbə yolu istifadəyə verilib.

Qarabağın işğaldan azad edilmiş bütün ərazilərinin dirçəldilməsi istiqamətində tammiqyaslı iş aparılır.

Azərbaycan mədəniyyətinin mərkəzi – Şuşa şəhəri yenidən canlandı!

Şuşa doğma limanına qayıtdı!

Şəhər dəyişdi, azadlıq havası, Qarabağ “bülbüllərinin” səsləri Qarabağ yamaclarında dolanır.

Qarabağa həyat qayıtdı!

Qarabağ erməniləri isə…

Qarabağ erməniləri Azərbaycanda yaşayan bütün xalqlar kimi ölkə Konstitusiyasının və qanunlarının aliliyini qəbul edərək yaşamağa dəvət edildi.

Başqa alternativ yoxdur!

Qaliblərin adları – sadə əsgərdən Ali Baş Komandan İlham Əliyevə qədər – Azərbaycan xalqının tarixinə qızıl hərflərlə yazılacaq!

Vətənimizin azadlığını və ərazi bütövlüyünü canları bahasına müdafiə edənlərin adları yaddaşımızda əbədi yaşayacaqdır!

Onlara əbədi ehtiram və  izzət!

Mənbə: https://zen.yandex.ru/media/id/5f47313694c86652b080ee19/pobedonosnaia-spravedlivaia-voina-azerbaidjanskogo-naroda-618874e914cf1b34fef686f5

Kamran Rüstəmov – Pedaqoq və ictimai xadim, texnika elmləri doktoru, professor, əməkdar elm xadimi. İrəvan Türk Cumhuriyyəti MIllət Şurası və Strateji Araştırmalar Komisiyasının üzvü

Tərcümə etdi: Rəsul Rəsulov İrəvan Türk Cumhuriyyəti, Millət Şurası üzvü