ABŞ Konqresinin aparıcı Respublikaçı senator Con Makkeyn ilə Lindsay Qrehem, Suriyada Bəşşar Əsəd rejimi və havadarları tərəfindən on minlərlə Hələblinin bomalanaraq və kütləvi qətlə yetirilərək tarixə, Srebrenitsa və Ruanda soyqırımları kimi tarixdə qalacağını deyir. Eyni zamanda bu hal, əxlaqi dəyərlərin iflası və eyblərin sübutu kimi yer alacağını bildirib.
ABŞ-ın prezidentliyə keçmiş namizəd Respublikaçı Partiyadan Arizona Senatoru Con Makkeyn ilə Respublikaçı Partiya Cənubi Karolina Senatoru Lindsay Qrehem, Hələbin şərqində əldə olunan atəşkəsə dair birgə yazılı bəyanat da veriblər.
Bəyənatda, Hələbin Əsəd rejimi tərəfindən Suriya xalqına qarşı apardığı müharibənin mərkəzində yer aldığını deyən senatorlar, Rusiya və İranın dəstəyi ilə Əsəd güclərinin qadın və uşaqlar, səhiyyə işçiləri, xəstəxanalar, və humanitar yardım dəstələrini yorulmadan hədəf aldığını xatırladıb.
Hazırladı. Sveta Behbud