Rusiya Qazaxıstanda rusdilli əhaliyə olan münasibtdən narahatdır.

09/11/21 1:51

Qazaxıstanın rusdilli vətəndaşlarına qarşı ayrı-ayrı ksenofobiya faktları Rusiya ilə əməkdaşlığı gözdən salmaq məqsədi daşıyır.

Bu sözləri Rusiya Xarici işlLavrov ər naziri Sergey Lavrov “Rossiyskaya qazeta”da dərc olunan məqaləsində bildirib.

Məqalədə deyilir: “Təəssüf ki, son vaxtlar biz Qazaxıstanın rusdilli vətəndaşlarına qarşı ksenofobiyanın bir sıra əks-səda doğuran təzahürlərinə şahid olduq. Bu hallar əsasən xaricdən xüsusi informasiya texnikasının istifadəsinin nəticəsidir ki, bu da kiçik şəhərlərdə millətçiliyin aşılanmasına və Rusiya ilə əməkdaşlığın gözdən salınmasına yönəlib”.

Bununla belə, nazir qeyd edib ki, Nur-Sultanla ikitərəfli münasibətlərin səviyyəsi hər bir narahatlıq yaradan hadisə üçün birgə operativ tədbir görməyə imkan verir.

Transqafqaz.com