14 Noyabr, 2021
Erməni teleqarm kanalları az öncə Sünik vilayəti istiqamətində, Laçın rayonu ilə sərhədd ərazidən fotoşəkil paylaşıblar. JAMAZ.İNFO xəbər verir ki, Robert Hayrapetyan adlı Facebook istifadəçisi fotonun Sünikdə çəkildiyini bildirib.
O yazıb ki, Azərbaycan Ordusu bu gün daha 1-2 km irəliləyərək, özünə yeni mövqelər tutub. Bu zaman isə 7-8 hərbi texnikadan istifadə edərək, həmin mövqelərə yerləşdirib.
Hazırda ərazidə rus sülhməramlıları ilə Azərbaycan tərəfi arasında danışıqların getdiyi bildirilir. Ruslar Azərbaycan hərbçilərinin əvvəlki mövqelərinə çəkilməsini istəyirlər. Lakin hərbi komandanlığımız təklifi qəbul etməyib.
“Fakt” qəzetinin yaydığı məlumata görə, hazırda bölgədə vəziyyət ağırdır.
Xatırladaq ki, Azərbaycan Müdafiə Nazirliyi bu gün açılama yayaraq, Ermənistan silahlı qüvvələrinin Laçın rayonu istiqamətində təxribata əl atdığını bildirib. Nazirlikdən bildirilib ki, düşmənin hərəkətlərini müşahidə altına alan hərbçilərimiz təxribatın qarşısını alıb və onları ərazidən qovublar.
Mənbə: JAMAZ.İNFO