TƏCİLİ: Ermənilər növbəti dəfə Kəlbəcər istiqamətində dövlət sərhədində təxribat törətdilər

14/11/21 11:23

14 Noyabr, 2021

Bu gün saat 13:00-dan etibarən sərhəddin şərq istiqamətində (təxminən Kəlbəcər-Qaragöl istiqamətləri) vəziyyət gərginləşib. Bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumatda iddia olunur ki, guya, Azərbaycan Ordusu yeni mövqelər əldə etmək üçün hücuma keçib. Bunun yalan olduğunu qeyd etməyə gərək yoxdur. Çünki dünən erməni tərəfi məhz Kəlbəcər istiqamətində mövqelərimizə hücum etmişdi və layiqli cavabını da almışdı.

Nazirliyin məlumatında deyilir ki, hazırda şiddətli döyüşlər gedir və vəziyyətin çox gərgindir. Erməni tərəfi bölgəyə təcili olaraq rus sülhməramlılarını dəvət edərək, onların vasitəsi ilə danışıqlar aparmaq istədiyini bəyan edib.

İtki barədə məlumat verilmir.

Xatırladaq ki, sərhəddə nə zaman vəziyyət ermənilərin əleyhinə olsa, dərhal rusları çağırırlar. Görünür, durumları yenə ağırdır. Bir qələti edib “dəmir yumruğu” təpələrində görən rusları köməyə çağırırlar

Transqafqaz.com