Sərhəd divar son bir ay ərzində 1700-ə yaxın miqrantın İran sərhədindən Türkiyəyə keçməsinin qarşısını alıb.
Türkiyə-İran sərhədində hündürlüyü 3 metr, uzunluğu 145 km olan beton divarın tikintisi başa çatıb.
Baryer divarı həm terrorizmlə mübarizə, həm də qeyri-qanuni miqrantların və qaçaqmalçıların İranla sərhəddən Aqra və İğdır əyalətlərinə nüfuz etməsinin qarşısının alınması baxımından böyük əhəmiyyət kəsb edir.
Sərhəddə gücləndirilmiş təhlükəsizlik tədbirləri türk hərbçilərinə əcnəbilərin Türkiyə ərazisinə soxulmaq cəhdlərini vaxtında aşkarlamağa imkan verir.
Türkiyə-İran sərhədində təhlükəsizliyi onlarla zirehli texnika, pilotsuz uçuş aparatları, termal kameralar, kəşfiyyat və hücum pilotsuz uçuş aparatları (PUA) təmin edir.
Gündüzlər təhlükəsizlik qüvvələri sərhəddə keşik çəkir, vəziyyəti havadan müşahidə edir, gecə vaxtı isə bu məqsədlə termal kameralardan istifadə edir.
İHA-lar sərhəddəki vəziyyəti gecə-gündüz izləməyə imkan verir. Eyni məqsədlə sərhəddə müşahidə qüllələri də quraşdırılıb.
Sərhəd təhlükəsizlik sistemlərinin yaratdığı imkanlar sayəsində son bir ayda 1693 qeyri-qanuni miqrantın Türkiyəyə girişinin qarşısı alınıb.
Elektron sistemlər divar boyunca ən kiçik hərəkətləri belə qeyd etməyə qadirdir.
Transqafqaz.com