Erməni Kurqinyan Azərbaycanda «rus mədəniyyəti» yayacaq

16/11/21 10:34

16.11.2021

Rusiyalı erməni politoloq Sergey Kurqinyan Rusiyanın Azərbaycandakı səfirliyinin mədəniyyət mərkəzinə rəhbər təyin edilib.

Bu barədə Ponarama saytı məlumat verib.

Anti Azərbaycan mövqeyi ilə seçilən bu tok-şou «qəhrəmanı» deyib: “Şadam ki, vətəndən kənarda rus mədəniyyətinin təbliğinə töhfə verə biləcəyəm. Azərbaycan çoxmillətli ölkədir, keçmiş SSRİ-nin bir çox respublikalarından fərqli olaraq burada rus dili heç vaxt sıxışdırılmayıb. Bu, bizim üçün gözəl perspektivlər açır. Mən artıq cənab İlham Əliyevlə görüşmüşəm, o, bütün işlərimizdə mənə dəstək olacağına söz verdi. Rus dilində filmlər nümayiş etdirəcəyik, diskussiya klubu açacağıq, azərbaycanlı gənclər üçün Rusiyaya ekskursiyalar təşkil edəcəyik. Bundan əlavə, bir çox azərbaycanlı iş adamları layihələrimizin sponsoru olmağa artıq razılaşıblar. Mən dərindən əminəm ki, Azərbaycanda Rusiyanın müsbət imicinin yaradılması, mədəniyyətimizin (yəqin Daşnak mədəniyyətini deyir-red.) təbliği məhz rus və Azərbaycan xalqları arasında möhkəm dostluğun qurulacağı təməldir”, — deyə Kurqinyan bildirib.

Yaxın vaxtlarda Kurqinyan özünün YouTube kanalında Azərbaycan mədəniyyətinə və azərbaycanlıların Rusiya tarixindəki roluna həsr olunmuş silsilə videolar yayımlayacağını qeyd edib.

Maraqlıdır ki, Rusiya öz «ayağı sürüşkən Nataşa» siyasətini bütün istiqamətlərdə davam etdirir. Daxildəki kolon mənsubları, Qarabağda «Kazak atıcıları», sərhəddə Rusiya FTX — i və nöqtə yerinə isə bu dəfə Kurqinyanın Bakıya təyinatı. Yəqin bunun ardınca da Solovyovun, Jirinovskinin, və buna bənzər digər məxluqların Bakıya təyinatlarını görəcəyik. Yəqin 5-ci kolona 11-ci «Daşnak-Raşist» ordusunu gözləməli olacağıq. Yəqin ki, vəzifəli qohumları Kurqinyanı qonaqpərvərliklə qarşılayıblar. «Qozbeli qəbir düzəltməz». Rusiya bütün cinahlarda hücumdadır. «İVAN, İDİ DOMOY»…

Mənbə: Fedai.az