Rusiya XİN: “Bu vəziyyət təhlükəli şəkildə sabitliyi poza bilər”.

20/11/21 7:32

Rəsmi Ankara Ukrayna və Türkiyə arasında hərbi-texniki əməkdaşlıqla bağlı narahatlığımızı mümkün qədər ciddi qəbul etməlidir.

Transqafqaz.com Axar.az-a istinadən xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov türk həmkarı Mövlud Çavuşoğlu ilə telefon danışığı zamanı deyib.

“Bu əməkdaşlıq Ukrayna ordusunun inkişafına töhfə verib”, – Lavrov qeyd edib.

Rusiya XİN başçısı eyni zamanda vurğulayıb ki, Ukrayna rəhbərliyi Qərb tərəfdaşlarının təşviqi ilə ölkənin cənub-şərqində gərginliyi artırıb:

“Bu vəziyyət təhlükəli şəkildə sabitliyi poza bilər”.