Erməni təxribatı davam edir – sərhəddə atışma

23/11/21 11:35

22 Noyabr, 2021

Bu gün günorta saatlarından etibarən Ermənistan ordusunun Geqarkunikdəki mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonundakı mövqeləri atəşə tutulub. Ermənistan Müdafiə Nazirliyi hazırda da atışmaların davam etdiyini bildirib.

Erməni tərəfi ənənəvi olaraq, atəşkəsin pozulmasında Azərbaycan tərəfini ittiham edib. Lakin yerli mənbələrdən bildirilir ki, bölgədə rus sülhməramlılarının olmasına baxmayaraq, ermənilər əllərinə imkan düşən kimi, mövqelərimizi atəşə tuturlar.

Az öncə isə erməni teleqram kanallarına məlumat yayılıb ki, atışma nəticəsində bir erməni əsgəri yaralanıb. Lakin Ermənistanın Müdafiə Nazirliyi məlumatı təsdiq etməyib.

Qeyd edək ki, Azərbaycan Müdafiə Nazirliyi məsələ ilə bağlı açıqlama yaymayıb.

Transqafqaz.com