İki tərəfli görüş Soçidə başladı

26/11/21 4:45

Soçidə Azərbaycan Prezidenti İlham Əliyevlə Rusiya Prezidenti Vladimir Putin arasında ikitərəfli görüş başlayıb.

Bu barədə Prezidentin Mətbuat xidməti məlumat yayıb.

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib: “Prezident Putin Soçidə Azərbaycan Prezidenti İlham Əliyevlə indicə söhbətə başlayıb. Bu görüş bitəndən sonra Putin, Əliyev və Paşinyan arasındakı görüşü gözləyəcəyik”.

Kreml rəsmisinin sözlərinə görə, bundan sonra Putinin Paşinyanla təkbətək görüşü olacaq.

  1. Putin qeyd edib: “Rusiya ilə Azərbaycan arasında strateji tərəfdaşlıq uğurla inkişaf edir”.

Rusiya Prezidenti sülhməramlılardan da danışıb: “Rusiyalı sülhməramlılar Qarabağdakı vəziyyətdə müsbət rol oynayırlar. Qarabağda hələ də bəzən problemlər baş verir, vaxtaşırı qurbansız ötüşmür”.

Putin daha sonra əlavə edib: “Azərbaycan məktəblərində uşaqların 34%-i rus dilində təhsil alır ki, bu da bu xalqın Rusiya Federasiyası ilə sıx əlaqə saxlamaq istəyində olmasından xəbər verir”.

“Azərbaycan bütün istiqamətlərdə Rusiya ilə münasibətlərin inkişafına köklənib. Son bir il ərzində Qarabağda rusiyalı sülhməramlıların məsuliyyət zonasında ciddi insidentlər baş verməyib”, – deyə Prezident İlham Əliyev söyləyib.

Prezident qeyd edib ki, Qarabağda sülhün qorunub saxlanılmasına Vladimir Putinin və rusiyalı sülhməramlıların rolunu yüksək qiymətləndirir və bu işin gələn ildə davam edəcəyinə ümid edir.

Transqafqaz.com